Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərişıq" ötən ilin maliyyə nəticələrini açıqlayıb

"Azərişıq" ASC 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı.

PİA.az xəbər verir ki, ötən il "Azərişığ"ın elektrik enerjisinin satışından gəlirləri 1 232,4 milyon manat (əvvəlki ilə nisbətən 2,3% çox), satışının maya dəyəri 1 134,3 milyon manat (3,4% çox), paylama xərcləri 47 milyon manat (9,1% çox), inzibati xərcləri 62,1 milyon manat (21,6% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 15,6 milyon manat (32,4% çox), sair xərcləri 6,7 milyon manat (49,3% az), sair gəlirləri 102 min manat (99,8% az), xalis maliyyə xərcləri 19,8 milyon manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,8 milyon manat (89,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 320,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri təxminən 5% artaraq 0,7 milyon manata, balans kapitalı isə 3,1% artaraq 1 620,8 milyon manata çatıb.

Xatırladaq ki, "Azərişıq" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 678,7 milyon manatdır.(Report)

pia.az


Etiket: Azərişıq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar