Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənistanda siyasi böhranın dərinləşməsi qaçılmazdı" - Politoloq

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır...

Ermənistanda siyasi böhranın dərinləşməsi qaçılmazdı. Ölkədə demokratik cəmiyyət quracağı şüarı ilə hakimiyyətə gələn Nikol Paşinyana yolun sonu görsənir. Artıq, O, hakimiyyətdə qalmaq üçün "Olum ya Ölüm" dilemması qarşısında mübarizə aparır. Eks-prezident Serj Sarkisyanın başçılığı altında "Qarabağ klanın" toparlanıb Nikol Paşinyana qarşı hücuma keçməsinə gətirə bilər.

Qeyd edim ki, Nikol Paşinyanın istefasını tələb edən "Çiçəklənən Ermənistan" partiyasının sədri Q.Sarukyanın həbsi və deputat toxunulmazlığını ləğvi ölkədə siyasi böhranı dərinləşdirir. Parlamentdə "Sarukyan" fraksiyası Məclisdə iştirak etmir. Bu da parlamentin böhrana girməsinə gətirir.

Qeyd edim ki, N.Paşinyan Q. Sarukyanı həbs etməklə çevriliş planın qarşısını alıb. Çünki, siyasi lider olmasa da, ortada gəzən və Rusiyanın bu ölkədə maraqlarına uyğun olaraq siyasət sərgiləyən oliqarxdı. N.Paşinyan Sarukyanı zərərləşdirməklə Rusiyanın ona qarşı planlarını qarşısını almağa çalışır. Bir tərəfədən iki həftə bundan əvvəl Putinin Paşinyana zəngi ilə R.Koçaryanı azad etsədə, Moskvanın stavka etdiyi Çiçəklənən Ermənistan partiyasına siyasi repressiya başladı. Qeyd edim ki, N. Paşinyan R. Koçaryan azad etməklə Rusiyanın qaz qiymətlərində endirim etməsi və iqtisadi güzəştlər əldə etməsinə nail olmağa çalışır. Paşinyan gördü ki, iqtisadi vəziyyət ağırlaşır və Rusiyanın təzyiqlər durmadan artır. Həmçinin mövcud siyasi böhran hakimiyyətinə risk yaradır. Ona görə də buna getdi. Bununla Ermənistan cəmiyyətində Paşinyanın "qorxaq" obrazı yarandı.

R.Koçaryan Paşinyana qarşı yenidən siyasi mübarizəyə başlaması mümkündür. Göründüyü kimi Rusiya tam hərəkətə keçərək R.Koçaryanı həbsdən azad etdi və siyasi böhranın tətiklədi. Forpost olaraq N. Paşinyan ölkəsini Rusiyanın təsirindən çıxara bilməyəcəyi aydın görünür.

Bu ölkədə siyasi zorakılıqlara rəğmən Qərbin susqunluğu əsasən Paşinyanın Rusiya bağlı qüvvələrə qarşı mübarizə apardığına görədir.

Artıq Paşinyan üçün siyasi sabitlik gözlənilmir. O bütün resurslarını özünə qarşı qüvvələrə cəlb edəcək. Nəticədə iqtisadiyyatda islahatlar olmayacaq. Bu da ölkədə sosial vəziyyəti gərginləşməsinə gətirəcək.

Bumdan sona Baş nazir N.Paşinyan daxildə özünə qarşı qüvvələrə mübarizə aparacaq. Nəticədə Qarabağ məsələsi onun üçün prioritet olmayacaq. Sadəcə bəyanatlar verməklə status-kvonu saxlamağa çalışacaq. Artıq, o öz hakimiyyətinə Qarabağ münaqişəsinin həllini təhlükəli görür. Məhz bu xüsusda Azərbaycanla aparılacaq danışıqlarda manipulyasiya ediləcək.

Ermənistanda siyasi böhran Qarabağa məsələsində diplomatik müstəvidə danışıqları heçə endirəcəyi qaçılmazdı. Məhz buna görə Azərbaycan yalnız hərbi təzyiqlərə əl atmalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar