Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lider TV niyə müflis elan edildi? - Yeni faktlar

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin 691.092,16 manat borcu yarandığı üçün müflis elan edilib...

PİA.az xəbər verir ki, bu barədə Demokrat.az-a Bakı Kommersiya Məhkəməsindəki mənbə məlumat verib.

Məlumata görə, MMC 2019-cu ildən yaranan borcu ödəyə bilməyib. Buna görə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən borclu “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi barədə məhkəməyə müraciət edib.

Məhkəmədə çıxış edən MMC-nin nümayəndəsi Günay Əliyeva bildirib ki, iddiaçı ilə uzun illər əməkdaşlıq ediblər.

Onun sözlərinə görə, öhdəliklərin həmişə vaxtında yerinə yetiriblər. Nümyəndə qeyd edib ki, son bir neçə ildə maliyyə problemlərinin yaranıb və bu səbəbdən borclanıblar.

Məhkəmədən qeyd edilib ki, artıq “Lider TV və Radio-Azərbaycan” MMC-yə yeni inizbatçı da təyin olunub. Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Abbasov Mikayıl Hümmət oğlu əmlak inzibatçısı təyin edilib.

Qeyd edək ki, ötən gün Bakı Kommersiya Məhkəməsi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi barədə qərar qəbul edib. (Demokrat.az)

pia.az


Etiket: Lider tv


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Ən çox oxunanalar