Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elə oliqarxlar yetişib ki, İnsanov onların yanında kasıb tələbə təsiri bağışlayır”

Sabiq səhiyyə naziri Əli İnsanov “Xural” TV-yə müsahibəsində ölkədə fəaliyyət göstərən 4 müxalifət partiyasının və YAP-ın əməkdaşlığının vacib olduğunu bildirib...

Siyasi kluarlarda sözügedən 4 müxalifət partiyasının Müsavat, AXCP, REAL və HƏP olduğuna dair mülahizələr səslənməyə başlayıb.

Politoloq Azər Rəşidoğlu saytımıza açıqlamasında sosial şəbəkələrdə adları hallanan təşkilatların siyasi müstəvidə bir araya gəlməsinin mümkünsüz olduğunu bildirib: “Belə bir formatda koalisiya mümkün deyil. Bir-birinə nifrət edən və tamamilə fərqli maraq qruplarına xidmət edən siyasi qüvvələrin əməkdaşlığı imkansızdır. Azərbaycanda tamamilə yeni siyasi situasiya yetişir və elə qüvvələr meydana çıxacaq ki, adlarını çəkdiyiniz partiyalar kölgədə qalacaq”.

Azər Rəşidoğlu qeyd edib ki, Əli İnsanov siyasi proseslərə istiqamət verəcək gücdə deyil: “Əli İnsanov keçmişdir. O, arxasında maliyyə dəstəyi olduğunu güman edir. Lakin indi elə oliqarxlar yetişib ki, İnsanov onların yanında kasıb tələbə təsiri bağışlayır. Digər tərəfdən, Qərbi Azərbaycan amili artıq öz aktuallığını itirib. Oliqarxiya yerliçiliyə zərbə vurub. Bu baxımdan, İnsanovun böyük perspektivi olduğunu güman etmirəm. “Köhnə qvardiya”nın birləşməsi də effekt verə bilməz. Vəziyyət dərinləşərsə, həmin təbəqəyə sarsıdıcı zərbələr endiriləcək və bunu onlar özləri də bunu dərk edir”.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar