Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Keşlə"nin legioneri: "Yoluxmanın artması vəziyyəti əksinə dəyişdirdi"

"Komanda bir araya gəlib, artıq məşqlərə başlamışıq. Bu ayın 21-də bərpa olunacaq çempionata hazırlaşırıq"...

"Report"un məlumatına görə, bu sözləri "Keşlə"nin argentinalı futbolçusu Franko Flores ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan Premyer Liqasının bərpası barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi bildirib ki, ölkədə koronavirusa yoluxma hallarının artmasından sonra vəziyyət əksinə dəyişib:

"Düzdür, hələ də məşq edirik. Amma nə olacağını hələ bilmirik. Halbuki Türkmənistan, Ermənistan, Özbəkistan, Türkiyə kimi qonşu ölkələrdə çempioanatlar start götürüb. Demək olar ki, bütün Avropa futbolu bərpa edib. Ümid edirəm ki, eyni aqibəti biz də yaşayarıq".

Ötən həftə sonu Bakı da daxil olmaqla bəzi şəhərlərdə tətbiq olunan küçəyə çıxmaq qadağası ilə bağlı qərara toxunan təcrübəli oyunçu karantin rejiminin pozulmasına görə verilən cəzalardan da söz açıb.

Floresin sözlərinə görə, karantin rejiminin sərtləşdirilməsi hamının təəccübünə səbəb olub:

"Əslində qaydalar yumşaldılmışdı. Hər şey normal idi, ciddi problem yox idi. Şəhərin mərkəzindəki restoranlarda yemək yeyə bilirdik. Amma son günlərdə təqribən 350 yoluxma və 5 ölüm halı qeydə alındığından karantin sərtləşdirildi. Bu da başadüşüləndir".

Cənubi amerikalı futbolçu sonda uzun fasilədən sonra məşq etməyin çətin olduğunu vurğulayıb: "Bayaq da dediyim kimi, məşqlərə başlamışıq. Həftəsonu qadağası ilə bağlı klub futbolçuları bazada saxlamaq istədi ki, işimizi davam etdirək. Amma yekunda bizə istirahət verildi. Uzun müddətdən sonra futbola qayıtmaq xoşdur. Lakin məşqlər yorucudur, ayaqlarımız ağırlaşıb. Xoşbəxtlikdən zədə almamışıq".

Qeyd edək ki, Franko Flores cari mövsümün əvvəlindən "Keşlə"də çıxış edir.

pia.az


Etiket: Keşlə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar