Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həftə sonları evdən çıxma qadağası nə qədər effektlidir?

Azər Qasımlı: “İki gün evdə oturmaqla bütünlüklə virusun qarşısını almaq çətindir”

Sərdar Cəlaloğlu: “Həftə sonlarında insanların evdə saxlanılması virusun qarşısını qətiyyən almır”.

Məlumdur ki, Operativ Qərargahın tələbi ilə ölkədə həftə sonları sərt karantin rejimi tətbiq edilir. Keçən həftə sonları baş verən hadisələr də hamıya məlumdur. Virusa yoluxma sayı isə hər gün artır.

İsti havaların başladığı bu günlərdə həftə sonları evdən çıxma qadağası virusin yayılmasının qarşısını bu və ya digər şəkildə alırmı? Ümumilikdə Operativ Qərargahın virusun yayılmasına qarşı həyata keçirdiyi tədbirlər nə qədər effektlidir?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər QasımlıyaADP sədri Sərdar Cəlaloğluna müraciət edib.

Azər Qasımlı: “Operativ Qərargahın fəaliyyətini qeyri-qənaətbəxş hesab edirəm”.

Həftə sonları evdən çıxmamaq qadağasının yoluxmanı qarşısını müəyyən qədər aldığını bildirən siyasi şərhçi PİA.az-a açıqlamasında bildirib ki, hökümət pandemiyanın ilkin mərhələsində virusa qarşı daha effektli mübarizə aparırdı. Lakin daha sonra iqtisadi problemlərdən qaçmaq məqsədilə hökümət vaxtından əvvəl yumşalmalara getdi.

“Həftə sonları evdən çıxmamaq qadağası təbii ki, virusun qarşısını alır. Çünki əgər kimsə xəstədirsə, bayıra çıxmırsa, digər insanlarla kontaktda olmursa, həmin insan digər insanları yoluxdurmur.

Amma məsələ burasındadır ki, iki gün evdə oturmaqla bütünlüklə virusun qarşısını almaq çətindir. Çünki insanlar 2 gün evdə otururlar 3-cü gün isə evdən çıxırlar. Həmin insanlar da metrodan, avtobusdan istifadə edəcəklər və restoranlarda, kafelərdə olacaqlar. Buna görə də iki gün insanların evə qapadılmasının ciddi anlamını görmürəm. Ola bilər ki, bu tədbir yoluxmanı qarşısını müəyyən qədər azaltsın. Amma ciddi şəkildə bu sərt rejim yoluxmanı qarşısını almayacaq.

Operativ Qərargahın yaydığı xəbərlərdən məlum olur ki, Azərbaycan pandemiyanın pik nöqtəsini yaşamaqdadır. Amma ola bilsin ki, yoluxma sayı daha da artsın. Buna baxmayaraq bu isti havalarda insanların evə qapadılması yanlışdır. Ümumiyyətlə bu məsələdə hər kəs öz məsuliyyətini hiss etməli və bu məsuliyyətlə də məsələyə yanaşmalıdır. Biz çalışmalıyıq ki, ilk növbədə hər kəs özünü yoluxmadan qorumalı və başqasını yoluxdurmamaq üçün ümumi qaydalara əməl etməlidir

Mən hesab edirəm ki, hökümət pandemiyanın ilkin mərhələsində daha doğru strategiya yürüdürdü. Lakin daha sonra iqtisadi iflasdan qaçmaq üçün hökumət karantin rejiminin yumşaldılmasına qərar verdi. Bu vaxtından əvvəl verilmiş qərar idi.

Azər Qasımlı: “İndi Operativ Qərargah bilmir nə etsin. Əgər Qərargah yenə sərt tədbirə qayıtsa, bu zaman sual olunacaq ki, bəs niyə yumşalmaya gedildi?”.

Ona görə də mən Operativ Qərargahın fəaliyyətini qeyri-qənaətbəxş hesab edirəm. Ümumiyyətlə hesab edirəm ki, tək Qərargahın yox, siyasi rəhbərliyin davranışında da yanlışlığa yol verilib. Təbii ki, evdə oturan insanların yükünü daşımaq hökümət üçün çox ağır idi. Lakin tələb tələsik yumşalmaya getmək və insanların dolanışıq problemlərinin onları üzərinə qoymaq doğru taktika deyildi. Görünən odur ki, hökümət virusla bacara bilmir və bu iqtisadi problemlərdən hökümətin özünü yayındırmaq istəyi fonunda baş verir.

Əgər onlar bir strategiya tutmuşdularsa, gərək həmin strategiya ilə də gedəydilər və ona uyğun olaraq da addımlar ataryılar. Yəni Operativ Qərargahın virusun ilk günlərində tətbiq etdiyi sərt qaydalar hamıya məlumdur. Sms-lə çölə çıxmaq, apteklərdən, dükanlardan başqa hər yerin bağlı qalması sərt qayda oldu və bundan sonra bildirdilər ki, virusa yoluxma halı azalıb.

Sonra isə bildirdilər ki, sərt rejimdən yavaş-yavaş çıxmağa başlamışıq. Yumaşlamanın nəticəsində yoluxma daha da az olmalı idi. Hesab edirəm ki, artıq avqustun axırı normal həyata dönməli idik. Hətta fikirləşirəm ki, sərhədlər də açılmalı idi. Amma bu baş vermədi və bunun əksi baş verdi.

İndi Operativ Qərargah bilmir nə etsin. Əgər Qərargah yenə sərt tədbirə qayıtsa, bu zaman sual olunacaq ki, bəs niyə yumşalmaya gedildi?

Onu da qeyd edim ki, ölkədə aparılan testlərin sayı azdır. Aparılan testlərin sayı çox olmalı idi. Hökumət daha fərqli mövqe tutmalı idi. Yəni digər ölkələrdə olduğu kimi bizdə də dövlətin hesabına testlərin sayını çoxaltmaq olardı”.

Sərdar Cəlaloğlu: “Operativ Qərargahın həyata keçirdiyi tədbirləri o qədər də effektiv hesab etmirəm”.

İnsanları iki gün evdə saxladıqlarını bildirən ADP sədri əlavə edib ki, amma bütün həftənin günlərində də insanlar gigiyenik vasitələrə əməl etmədən, məsafə saxlamadan, maska taxmadan təmas saxlamaları evdə qalmalarını tamamilə mənasız edir:

“Həftə sonlarında insanların evdə saxlanılması virusun qarşısını qətiyyən almır. Çünki insanları iki gün evdə saxlayırlar. Amma bütün həftənin günlərində də insanlar gigiyenik vasitələrə əməl etmədən, məsafə saxlamadan, maska taxmadan təmas saxlamaları evdə qalmalarını tamamilə mənasız edir.

Operativ Qərargahın həyata keçirdiyi tədbirləri o qədər də effektiv hesab etmirəm”.

Nərminə UMUDLU
pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar