Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalanın icra başçısı karantin qaydalarını pozdu - Foto

Prezident İlham Əliyev bir neçə gün əvvəl modul tipli xəstəxanaların açılışında koronavirus pandemiyası dövründə tibbi maskadan istifadənin zərurətindən danışaraq qapalı məkanlarda bu qaydaya riayət edilməsinin mütləq olduğunu bildirdi...

Eyni zamanda tibbi maskadan istifadə etməklə bu məsələdə istisna olmadığını nümayiş etdirdi. Bundan sonra vətəndaşlar arasında tibbi maskadan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artdı. Hər kəs başa düşdü ki, qayda yalnız onlar üçün deyil. Lakin buna baxmayaraq, bəzi məmurlar bu qaydaya riayət etmir.

Bu sırada Neftçala rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov və "Azərsu” ASC-nin sədr müavini Seymur Seyidovu göstərmək olar.

Pravda.az Neftçala Rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, iyunun 11-də rayonunun su təchizatının yaxşılaşdırılması ilə bağlı hazırlanan yeni layihənin təqdimatı keçirilib. Mərasim icra hakimiyyətinin binasında baş tutub. Tədbirdən yayılan fotolardan görünür ki, Seymur Seyidov və Mirhəsən Seyidov qapalı məkanda olsalar da, digər iştirakçılardan fərqli olaraq tibbi maskadan istifadə etməyiblər.

İddia olunar ki, onlar söhbət etdikləri üçün tibbi maska taxmayıblar. Amma hər halda Seymur Seyidovla Mirhəsən Seyidov eyni vaxtda danışmayıblar. Biri danışanda digəri dinləyib. Bundan başqa, masanın üstündə tibbi maskanın olmadığı diqqət çəkir. Yəni, əgər adıçəkilən şəxslər söhbət zamanı tibbi maskanı çıxarıblarsa, yəqin ki, onun masanın üzərinə qoyardılar.

Başqa bir məqam isə tədbirdə iştirak edənlərin sayı ilə bağlıdır. Koronavirus pandemiyası dövründə bu tip tədbirlərdə 10 nəfərdən artıq insan iştirak etməməlidir. Amma bu tədbirə 14 nəfər qatılıb.(YeniSabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Ən çox oxunanalar