Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir İmanov: “Bizim sahədə “dombalaq aşanlar” bu gün hökmranlıq edir”

"Biz bunu etsək, çempion adımızın üzərinə xətt çəkmiş olacağıq"...

“Bir çox aktyorlar elə düşünürlər ki, biz elə-belə işləyirik. Bunun faydası yoxdur. Amma mən hər zaman demişəm ki, səbirli olmaq lazımdır. Hər bir məsələ öz həllini tapacaq. Bu istiqamətdə geniş auditoriyanı əldə saxlamaq çox çətindir. Çünki son zaman tamaşaçılar bayağı yumora daha çox üstünlük verirlər. Bu tək bizim sahəyə aid deyil.

Estrada musiqimizə nəzər salsaq, bir bəstəkar nəvəsi kimi deyə bilərəm ki, ailəmizə bu hadisələr çox pis təsir edir. Azərbaycan musiqisindən uzaq olan ritmlər, notlar, dırnaqarası mahnılar eşidəndə əsəbiləşirik. Biz hər zaman əsl Azərbaycan musiqisini eşitmişik, eləcə də yumor və satira. Bizim sahədə “dombalaq aşanlar” bu gün hökmranlıq edir”.

PİA.az xəbər verir ki, bu sözləri “Planet Parni iz Baku” komandasının tanınmış üzvü Tahir İmanov AzTV-də yayımlanan “Ağ qara” proqramında qonaq olarkən deyib.

Verilişdə etirafları ilə diqqət çəkən T.İmanov “Planet Parni iz Baku” komandasına qoyulan qadağalardan söhbət açıb:

“Acı təcrübə ya solunda, ya da sağındadır. 10 il bundan əvvəlki konsertləri izləyib gördüm ki, bizim satira sərtləşdi. Fəaliyyətimizin yeni addımlarını atanda anladım ki, gec-tez bunun sonu yaxşı olmayacaq. Satiralarımız gec-tez kiminsə xoşuna gəlməyəcək və qadağalar olacaq. Tamaşaçılarımız bizə sual verirdilər “Qorxmursunuz?” Bu suala yeganə bir cavab var: “Xeyr, qorxmuruq”. Əgər qorxsaq, o zaman gərək səhnəyə çıxmayaq, “dombalaq aşaq”.

Yadımdan çıxmaz, qadağaların başlanğıcı idi. Hiss edirdim ki, bizə qadağa qoymaq istəyirlər. Özəl telekanallardan birinin rəhbəri məni dəvət edib söylədi ki, müasir yumoristlərlə ayaqlaşmaq lazımdır. O insan və ətrafı yumoru, satiranı anlamır. Bir anlıq “Müasir yumoristlərlə ayaqlaşmaq” fikrini təsəvvürümə gətirdim. Başa düşürsünüz də burada söhbət hansı yumoristlərdən gedir? “Dombalaq aşanlardan”… Həmin anda “Yox” cavabını verdim. Söylədim ki, bu alınmayacaq. Çünki əgər biz bunu etsək, çempion adımızın üzərinə xətt çəkmiş olacağıq. Həmin an “Planet Parni iz Baku” komandası adından qərar qəbul etdim. O zaman mən tək idim, məsləhətləşməyə yanımda həmkarlarımdan kimsə yox idi. Onun söylədiyi ilə razı olmadıq”.

Proqramın aparıcısı Kamran Ağabalayevin “Nə etməli idiniz ki, “dombalaq aşanlar” bu sahədə olmasın?” sualına Əməkdar artist belə cavab verib:

“Bizə qadağa qoyanlar imkan vermədilər ki, nəfəs alaq. Onlar imkan vermədilər öz layihələrimizi edək. Bəlkə də etsəydik, o “dombalaq aşanlar”ın qarşısını ala bilərdik. O layihə yumoristik videosüjetlərin müsabiqəsi idi. Bu istiqamətdə bizim bir çox layihələrimiz var idi. Bu bayağılıq birdən-birə bütün sahələrə gəldi. Professional teatr səhnəsinə də qeyri-peşəkar insanlar gəlib. Estrada da qeyri-peşəkarlar təəssüflər olsun ki, liderlər siyahısındadır. Musiqi, yumor, satira mənim üçün dogma sahələrdir. Bu bayağılıqla mübarizə aparacağıq. Bizim silahımız satira və yumordur. Həmin sahələrdə “liderlik” edənlər anlasınlar ki, heç bir zəng, xahiş və tapşırıqla biz iti satira ilə dolu səhnəciklərimizi dayandırmayacağıq. Nə qədər ki, “KVN” və “Planet Parni iz Baku” varsa, biz mübarizəmizi bu istiqamətdə aparacağıq. Kimsə danışmalıdır. Çünki hamı susanda nəticəsi çox pis olacaq”.(Oxu.Az)

pia.az


Etiket: Tahir İmanov KVN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Ən çox oxunanalar