Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident bilmir ki, teatrda kimlər at oynadır - Əməkdar artist

Əməkdar artist Çingiz Əhmədov əməkdaşı olduğu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayevin ünvanına sərt ittihamlar səsləndirib...

Yenisabah.az-a danışan aktyor teatr rəhbərliyinin ədalətsizliyindən gileylənib: “Mən 10 yaşından televiziyada böyümüşəm. 1984-cü ildən Musiqili Teatrda çalışmışam. Artıq 37 ildir ki, bu teatrda çalışıram. 2012-ci ildə heç Əliqismət Lalayevin xəbəri olmadan Əməkdar artist adını almışam. 2016, 2017, 2018-ci illərdə Prezident mükafatı almışam. Artıq dözmədim, bu yaxınlarda yanına girdim, bildirdim ki, bu mənim haqqımdır, məni mükafatdan kənarda qoyma. Dedi ki, “Sən üç ildir almısan, bir az gözlə”. Bu yanaşma aktyora, teatrın simasına qarşı nə dərəcədə düzgündür? Ayağımı səhnəyə qoyanda xalqın alqışı, bu qədər xalq sevgisi ilə qarşılaşmışam. Tamaşaçılar məni gözləyirlər ki, çölə çıxanda şəkil çəkdirsinlər, xalq məni bu qədər sevir. O özü də bir yazısında bildirib ki, Afaq Bəşirqızı, İlham Namiq Kamal və Çingiz Əhmədovun adına kassadan bilet alırlar. 2019-cu ildə onun bir çıxışı var, Musiqili Teatrın saytına girsəniz o çıxışı görəcəksiniz. Mən 2019-cu ildə mükafat almadım, indi də ala bilmirəm, bu düzgündür?”

Sənətçi teatr rəhbərliyinin onun adını “Xalq artisti” fəxri adı üçün təqdim etmədiyini bildirib: “Öyrənmişəm, düz 12 ildir adımı Xalq artisti olmaq üçün təqdim etmir. Teatrda aktyorları pis vəziyyətə salıb, sanki biz alman faşizm dövründəyik, əlində telefon saxlayır, səsimizi yazıb digər aktyorlara göstərir ki, filankəs sənin dalınca danışır. Aktyorlar məşqə əsəbi vəziyyətdə gəlirlər, direktor müavini içəri girir soruşur kim gəlib, kim gəlməyib, hesabat verirlər, həmin dəqiqə 50 manat həmin aktyorun maaşından tuturlar. Niyə? O pul hara gedir? Təbii ki, onun cibinə. Bəsdir də qan içdiniz! Vəziyyət bax belədir. Birinci gün Nahidə Orucova, Novruz Qartal və mən ATV telekanalında qonaq olacağıq. Üçümüz də şikayətçiyik, çıxışlarımızı edəcəyik. Bizə lazım olan haqq-ədalətdir. Cənab prezidentimiz hara baxsın, kimə baxsın, nə etsin? Haqq-ədalət olmalıdır. Mən prezidentimizin siyasətini dəstəkləyirəm. Sadəcə, onun bu xırda işlərdən xəbəri yoxdur. Bilmir ki, teatrda kimlər at oynadır. Teatr rəhbərliyi yadında saxlaya bilmir ki, teatr nə bunun özünündür, nə atasınındır, nə mənimdir, nə də mənim atamın. Teatr tamaşaçıya, xalqa məxsusdur. Biz tamaşaçı üçün işləyirik. Rəhbərlik teatrda hegemonluq edir. Mən artıq yorulmuşam”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar