Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiyanın daha bir töhvəsi: Distant təhsildən Azərbaycan məktəbliləri nə qavradı?

Məktəbsiz təhsil sisteminin yayğınlaşması yaxşı və pis mənada təhsilin gələcəyinə nələr vəd edir  və məktəbsiz təhsil sistemində təlim-tərbiyə işlərini necə təşkil oluna bilər?..

Təhsil eksperti: “Pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant - məsafədən online təhsil mümkün olacaq”.

“Hətta pandemiyadan sonra qəbul imtahanlarının, elekrton ərizə qəbulunun online olması mümkündür”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov orta təhsil sisteminin virtuallaşdırılmasının təhsilə nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Koronavirus pandemiyasının bütün sahələri təsiri olsa da, ən çox ölkənin təhsilinə zərər vuracağına şübhə yoxdur. Ona görə ki, artıq 3 aya yaxındır ölkənin bütün tədris-təhsil ocaqlarında dərslər dayandırılıb. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrində uşaq və gənclərin təhsildən geri qalmaması üçün fərqli üsullara baş vurulsa da, Azərbaycan Təhsil Nazirliyinin sayəsində ölkəmiz bu sahədə, xüsusilə “fərqləndi”.

Təhsil Nazirliyinin bir neçə ay davam edən “distant təhsil” layihəsinə tədris ilinin başa çatmasının elan edilməsi ilə son verildi. Buna baxmayaraq bu layihə bir çox tənqidlərə məruz qaldı. Ən əsas sual isə bu oldu ki, distant təhsildən Azərbaycan məktəbliləri nə qavradı və doğrudanmı onlar təhsil ilini tam dolğunluğuyla başa vura bildilərmi?

Gələcəkdə məktəbsiz təhsil sisteminin formalaşmasını necə təsəvvür eləmək olar və məktəbsiz təhsil sistemində təlim-tərbiyə işlərini necə təşkil oluna bilər? Ümumiyyətlə orta təhsil sisteminin virtuallaşdırılması təhsilin səviyyəsinə, gələcək perespektivlərinə necə təsir edəcək? Bu sistemin yayğınlaşması yaxşı və pis mənada təhsilin gələcəyinə nələr vəd edir?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Distant təhsilin qanunvericilik bazası hazırlanmalı və qəbul edilməlidir”.

Koronovirus pandemiyasından sonra da online təhsilin davam edəcəyini düşünən təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, bu təhsilin əlçatımlılığı üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq:

“Koronoviris dünyanın siyasi, iqtisadi,sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi. Biz birdən-birə yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi. Artıq online, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant - məsafədən təhsil çox zəruridir.

Düşünürəm ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant - məsafədən online təhsil mümkün olacaq. Bundan sonra biz virtual məktəblərin şahidi olacağıq.

Koronovirus pandemiyasından sonra da online təhsilin davam edəcəyini düşünürəm. Çünki bu təhsilin əlçatımlılığı üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Distant təhsil xərclərini də azaldacaq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməyə imkan verəcək.

Kamran Əsədov: “Hər kəs üçün distant - online təhsilin əlçatanlılığının təmin edilməsi üçün resurslarını təmin etməlidirlər”.

Nəzərə almalıyıq ki, təhsil verənlər üçün təhsil alanlara lazimi bilik və bacarıqları çatdırmaq üçün online sistemdə böyük yerlər lazım deyil. Lazımı avadanlıqlar qurulmuş balaca otaqlar belə yetərlidir. Bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq.

Düşünürəm ki, pandemiyadan sonra hətta qəbul imtahanlarının, elekrton ərizə qəbulunun online olması mümkündür. Müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə bilcəklər. Dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb.

Ümumilikdə bizi yeni bir dövr gözləyir. Bu həm təhsil sisteminə, dəm insanlar arası münasibətlərə, həm də dövlətin idarə edilməsi ilə bağlı olan yeniliklərdir.

Pandemiya ali məktəblər qarşısında eyni zamanda 3 problem yaratdı. Birincisi və ən əsası: mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq. Üçüncüsü; çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək olmaq.

İlk növbədə distant təhsilin qanunvericilik bazası hazırlanmalı və qəbul edilməlidir. Bundan sonra hər kəs üçün distant - online təhsilin əlçatanlılığının təmin edilməsi üçün resurslarını təmin etməlidirlər.

Kamran Əsədov: “Yaxın gələcəyin təhsildə yeni çağırışların olacaq. Biz isə təəssüf ki, bundan geri qalırıq”.

Dünya Bankının məlumatına görə, COVİD-19 pandemiyasına qədər, konkret desək, 2019-cu ildə dünyada elektron təhsil texnologiyalarına, onlayn təhsil platformalarının yaradılmasına 18,66 milyard dollar investisiya yatırılmışdırsa, 2025-ci ildə bu göstəricinin 350 milyard dollara çatacağı planlaşdırılır.

2020-ci ilin fevral ayında dünyada Zoom istifadəçilərin sayı 2,2 milyon nəfər artmış, mart ayında gün ərzində 2,13 milyon dəfə yüklənmə olmuşdur. 2020-ci ilin dekabrında istifadəçilərin sayı 10 milyon nəfər, 2020-ci ilin mart ayında 200 milyon nəfər olmuş və şirkətin dövriyyəsi 42 milyarda dollara çatıbdır.

Bütün bunlar yaxın gələcəkdə təhsildə yeni çağırışların olacağından xəbər verir. Biz isə təəssüf ki, bundan geri qalırıq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Distant təhsil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar