Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu tələbələr dövlət imtahanından azad olundu

"Göstəricisi 51 baldan yuxarı olan tələbələr yekun dövlət imtahanından azaddırlar"...

"Yeni qərara görə ali təhsil məssisələrinin IV kursunda və kolleclərin son kursunda oxuyan və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 51 baldan yuxarı olan tələbələr yekun dövlət imtahanından azaddırlar".

PİA.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Nazirlər Kabinetinin koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində tədris prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərarını şərh edərkən bunları bildirib.

"Bundan başqa yenilik buraxılış imtahanları ilə bağlıdır. Belə ki, 11-ci sinif şagirdləri üçün təqdim edilən buraxılış imtahanlarında test tapşırılqlarının sayı 85-dən 90-a qaldırıldı. Buna qədər Azərbaycan dili 30, xarici dil 30 riyaziyyat 25 test tapşırığı idi. İndi riyaziyyatdan da test tapşırıqlarının sayı 30 oldu. Hər fənn üzrə 100 bal ümumi isə 300 bal toplamaq imkanı verirlir.

Təqaüdlər ilə bağlı dəyişiklik edilib. Belə ki, buna qədər tələbə əgər semestrdə kəsri olurdusa, o təqaüd almaq imkanını itirirdi. İndi isə növbəti semestr başlayana qədər əgər kəsri bağlayarsa, o təqaüd almaqda davam edəcək.

Ən ciddi yenilik isə semestr imtahanları ilə bağlı universitetlərin elmi şuralarına təhsil nazirliyi ilə razılaşdırmaqla qərar qəbul etmək səlahiyyətinin verilməsidir. Artıq yay semestr imtahanlarını keçirmək qaydasını müəyyənlədirməyi universitetlərin elmi şuraları müəyyən edəcəklər.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirdilər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən sualları cavablamağa 1 saat 30 dəqiqə vaxt verilirdi, indi 45 dəqiqə veriləcək". (Yenisabah.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar