Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O qədər qeyrətsizləşmişik ki...“

Rəşid Mahmudovdan sərt sözlər...

“Bu gün icra başçıları sərvət yığıb, ölkəni dağıdırlar. Kasıbın da 190 manat birdəfəlik ödəməsini isə kəsirlər. Belə edəndə kim gedər o vətəni qorumağa?!”

Bu sözləri tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov torpaqları işğaldan azad etmək üçün qəhrəman oğullarımıza çağırış edib:

“Nə Laçın, nə də Şuşa işğal oluna bilməzdi. İndi o qədər qeyrətsizləşmişik ki, fikirləşirəm necə yəni bu gün Mübariz İbrahimov kimi qəhrəman oğullarımız yoxdur?! Bizim torpaqda uçan düşmən helikopterlərini vurmalıyıq. Mənim topum, tüfəngim yoxdur, neyləyim. Qarabağı almağın bircə yolu var. Gedib Amerika Birləşmiş Ştatlarında sual verirsən ki, Qarabağ Azərbaycanın torpağıdır, yoxsa Ermənistanın?! Əlbəttə, onlar bizim torpaq olduğunu deyəcək.

Deməliyik ki, biz torpaqlarımızı işğaldan azad etmək istəyirik, siz ordakı insanlara deyin silahlarını götürüb torpaqlardan çıxsınlar. Bundan sonra beş bomba Stepanakertdə, bir neçəsini Laçın dəhlizinə və aeroporta ataram. Belə bir hücumdan sonra orda erməni qalarmı?! Onda məni xalq düşməni elan etsələr də, incimərəm. Danışmaqla deyil, iş görmək lazımdır.

Bunlar İrəvanımızı alıb Yeravan etdilər, Zəngəzuru, Dərbəndi bizdən aldılar. Bu dünya düzəlməlidir, güclü-gücsüz meydanı olmamalıdır. Bu gün icra başçıları sərvət yığıb, ölkəni dağıdırlar. Kasıbın da 190 manat birdəfəlik ödəməsini isə kəsirlər. Belə edəndə kim gedər o vətəni qorumağa?!”(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar