Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizi bitirən mərəz: Kütləvi korrupsiya və yeyintilər...

Ölkənin bütün sahələrində və bütün dövlət qurumlarında korrupsiyanın miqyasının bu qədər böyük olmasının səbəbi nədir?..

İqtisadçı-ekspert: “Azərbaycanda büdcə korrupsiyası, ümimiyyətlə korrupsiya elementlərinin olmasının çoxşaxəli səbəbləri var”.

“Səlahiyyətli insanların maaşlarının az olması müqabilində səlahiyyətlərinin onlara verdiyi imkanları qarşısında çox adam tab gətirə bilmir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ölkədə bütün nazirliklərdə, dövlət qurumlarında yeyinti hallarının olmasının kütləviliyinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib ki, ƏƏSMN-nin strukturuna daxil olan qurumlarda daxili nəzarət, audit tədbirləri və inventarlaşma tədbirləri həyata keçirilib ki, bu tədbirlər nəticəsində 21,5 mln. manat vəsait itkisi aşkar olunub, onlardan 7,1 mln. manatı bərpa olunub, 14,4 mln. manatının tutularaq bərpa edilməsi üçün tədbirlər görülüb.

Qeyd olunub ki, bu hallarla bağlı 556 nəfər barəsində intizam tənbeh tədbiri görülüb, cinayət tərkibi ehtimal olunan 28 xidməti araşdırma üzrə materiallar Baş Prokurorluğa təqdim olunub. Qeyd edək ki, bu 21,5 milyonluq korrupsiya və yeyinti dövlət yardımına ehtiyacı olan insanlara yönəlməliydi və məmurların korrupsiyası ucbatından yüzlərlə insan dövlət yardımnından məhrum olmaqla yanaşı, dövlətin soaial siyasəti də sabotaj olunub. 21,5 milyon dövlət vəsaitinin mənimsənilməsində iştirak edən 556 nəfər barəsində isə intizam tənbeh tədbiri görülməsi isə gülməlidir. Bu intizam tədbirləri Azərbaycanda korrupsiyanı daha böyüdən faktorlardan biridir.

Vəziyyət ona görə acınacaqlı və qorxuncdur ki, korrupsiya tək-tük dövlət qurumlarında və nazirliklərdə mövcud deyil, isgisnasız bütün dövlət qurumlarında ən yüksək səviyyədədir. Bu qorxunc vəziyyət düzəlməsə və korrupsiyanın səviyyəsi ən qısa zamanda və sürətlə minimuma endirilməsə, dövlətin bir aparat olaraq flası qaçınılmaz ola bilər. Çox sevindirixi haldır ki, ökə prezidenti İlham Əliyev bir neçə ildir ki, təhlükəni görməkdə və antikorrupsiya siyasətini gücləndirməkdədir. Bu prezidentin apardığı islahat və kadr siyasətində də açıqca görünməkdədir. Son gurultulu həbslər də onu göstərir ki, prezident korrupsiyaya qarşı amansız mübarizə başladıb. Lakin önəmli olan prezidentin antikorrupsiya siyasətinin yüksək çinli kadrlar tərəfindən söz də yox, əməldə dəstəkləməlidirlər. Məhz bu zaman korrupsiyaya qarşı mübarizə öz bəhrəsini verə bilər. Ancaq yüksək çinli məmurların böyük hissəsinin korrupsiyayanqarşı sözdə mübarizə apardığı, əməldə isə korrupsiyanın müdafiəsində durduqları təəssüf hissi ilə qeyd edilməlidir.

Ölkədə demək olar ki, bütün nazirliklərdə, dövlət qurumlarında korrupsiyanın miqyasının bu qədər böyük olmasınln səbəbi nədir? Yəni korrupsianın bu qədər geniş miqyasda yayılmasının hansə sosial-iqtisad və siyasi səbəbləri var? Ümumiyyətlə korrupsiyanın miqyasının kəskin azalması üçün qanunvericilikdə və sosial-siyasi sahədə hansı vacib addımlar atılmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Azərbaycanda dövlət işinə könül işi kimi yox, ideoloji fəlsəfi yanaşma ilə yox, maddi maraq üzərindən gəlməyə çalışırlar”.

İnsanların yüksək rifahda yaşaması üçün Azərbaycanda biznes mühitinin genişlənməli olduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasındabbildirib ki, biznesdə rəqabətli mühit olmalıdır ki, insanların qazanc imkanları artsın. Belə olan halda gənclər pul qazanmaq üçün dövlət işinə yox, biznesə maraq göstərəcəklər:

“Əslində Azərbaycanda büdcə korrupsiyası, ümimiyyətlə korrupsiya elementlərinin olmasının çoxşaxəli səbəbləri var. Ölkədə həm nəzarət mexanizminin zəif olması, həm cəzasızlıq mühiti, həm idarəetmənin özünün fəlsəfəsi, həm də işləmə qaydalarındakı alver mühitinin labüdlüyünə qədər bir çox səbəblər var. Korrupsiya elementlərinin olmasını tək bir səbəblə izah etmək çətindir.

Təbii ki, maaşların azlığının da bura təsirləri var. Yəni səlahiyyətli insanların maaşlarının az olması müqabilində, səlahiyyətlərinin onlara verdiyi imkanları qarşısında çox adam tab gətirə bilmir . Onlar səlahiyyətlərindən doğan maddi maraq gözləntilərini doğrultmağa çalışırlar.

Korrupsiyanın içində çox dərin fəlsəfə var. Xırda bir haşiyə çıxım. Məsələ bir neçə il bundan öncə dünya ölkələri arasında tələbələrin gələcək karyeraları haqqında sorğu keçirilmişdir. ABŞ-da cəmi 4 faiz tələbə gələcəkdə öz karyerasını dövlət işində, nazirliklərdə, dövlət aparatında görürdü. Avropada bu 9 faizə yaxın idi. Çünki Avropada bir az başqa mədəniyyət var.

Natiq Cəfərli: “Azərbaycanda gənclər bilir ki, öz gələcək həyatını təmin etmək üçün dövlətdə çalışmaq, dövlətin büdcəsindən yararlqnmaq onların karyerasında mühüm rol oynaya bilər”.

Amma Azərbaycanda 84-85 faiz tələbə öz karyerasını dövlət sektorunda görürdü. Çünki Azərbaycanda gənclər bilir ki, öz gələcək həyatını təmin etmək üçün dövlətdə çalışmaq, dövlətin büdcəsindən yararlqnmaq onların karyerasında mühüm rol oynaya bilər . Yəni Azərbaycanda dövlət işinə könül işi kimi yox, ideoloji fəlsəfi yanaşma ilə yox maddi maraq üzərindən gəlməyə çalışırlar.

Təəssüflər ki, bu illərdir oturuşmuş sistem gətirdiyi nəticələrdir. Buna görə də deyirəm ki, ölkədə korrupsiya elementinin səbəbləri həddindən artıq çoxdur. Bunun ortadan qaldırılması üçün nəzarət mexanizmi gücləndirilməli, qanunvericilik yenilənməli daha çevik və operativ qanunlar olmalıdır. Eyni zamanda cəza mexanizmi gücləndirilməli, ədalət mexanizmlərinə qeyri-hökumət təşkilatları və medianın çox yaxşı şəkildə qoşulmasına imkanlar yaradılmalıdır.

İstənilən ölkədə korrupsiyaya qarşı ən effektiv mübarizə üsullarından biri vətəndaş, media nəzarətidir. Məsələn, istənilən inkişaf etmiş ölkənin qanunvericiliyinə baxsanız görəcəksiniz ki, media çıxan korrupsiya xəbərini araşdırmaq üçün hüquq mühafizə orqanlarına artıq əsas yaradır. Azərbaycanda da qanunvericilikdə buna bənzər maddələr var. Amma bu maddələr işlək deyil.

Bütün bunlar, yəni mexanizmin zəif olması, nəzarətin zəif olması, cəzasızlıq mühiti və özünü təminatı üçün büdcə təşkilatlarında, dövlətdə çalışmağın psixoloji olaraq daha üstün bir vəziyyətdə olması, nəticədə etibar ilə korrupsiya hallarına, yeyintiyə, büdcədən qeyri-effektiv istifadə hallarına gətirib çıxardır.

Natiq Cəfərli: “İstənilən inkişaf etmiş ölkənin qanunvericiliyinə baxsanız görəcəksiniz ki, media çıxan korrupsiya xəbərini araşdırmaq üçün hüquq mühafizə orqanlarına artıq əsas yaradır”.

Bayaq dediyim sorğu əsasında məlum olmuşdu ki, 96 faiz ABŞ tələbələri, gəncləri gələcəkdə öz karyeralarını böyük şirkətlərdə qurmağa çalışırlar. Ya da özləri iş qurmağa çalışırlar. Ya da özləri iş qurmağa çalışacaqlar.

Azərbaycanda biznes mühiti də genişlənməlidir, yaxşılaşdırılmalıdır. Həmçinin də biznesdə rəqabətli mühit olmalıdır ki, insanların qazanc imkanları artsın. Belə olan halda gənclər dövlət işinə yox, biznesə maraq göstərəcəklər. Bu zaman da orta və kiçik sahibkarlıq inkişaf edəcək.

O qədər çoxşaxəli, çox tərəfli problemlər var ki, bu sualın cavabı ümumi yanaşma tələb edir. Hakimiyuətin dövlətə və xalqa yanaşması kökündən dəyişməlidir. Yeni siyasət və yeni təfəkkürlər hakimiyyə gəlməlidir və ümumilikdə dövlət idarəçiliyi demokratikləmşdirilməli və şəffaf cəmiyyət quqtulmalıdər. Bu köklü kompleks dəyişikliklər olmadan Azərbaycanda korrupsiyaya qalib gəlmək mümkün olmayacaq. ”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar