Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralıq dənizində yanan gəminin azərbaycanlı heyət üzvləri Bakıya qayıdıb 

Aprelin 8-də Aralıq dənizində yanan gəminin azərbaycanlı heyət üzvləri bu gün Bakıya qayıdıblar...

Bunu “Report”a açıqlamasında yanğın baş verən “Bellatrix” gəmisinin göyərtəsində olmuş baş mexanik Məcidəli Kərimov deyib.

“Vətənə qayıtmağımızda bizə köməklik göstərən Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi də sağ olsun, bizə çox yardımçı oldular. Dövlət Komitəsinin əməkdaşları bizimlə müntəzəm maraqlanırdı. Həmçinin ölkəmizin Türkiyədəki səfirliyi ilə də daimi bizimlə təmasda idi. Onlar bizim təxliyəmizə yardımçı oldular. Vətənə sağ-salamat qayıtmağımızda əməyi olan hər kəsə təşəkkür edirəm”, - Məcidəli Kərimov bildirib.

Onun sözlərinə görə, yanğın Malta yaxınlığında açıq dənizdə baş verib. Hadisəyə qısaqapanma səbəb olub. Əvvəlcə gəmi heyəti yanğını söndürməyə çalışsa da, güclü küləyə görə bu, mümkün olmayıb.

“12 nəfər idik. 4 azərbaycanlı, 3 hind, 3 ukraynalı, 1 rus, 1 türk. Yanğından sonra bizi başqa gəmiyə mindirdilər. Xəsarət alan olmadı, amma bütün sənədlərimiz yandı. Yanğın olan gecə başqa gəmi bizimlə əlaqəyə girdi. İtaliyaya xəbər verildi, amma İtaliya bizi qəbul etməkdən imtina etdi”, - deyə o, əlavə edib.

M.Kərimov qeyd edib ki, İtaliya tərəfi qəbul etmədiyinə görə onlar Türkiyəyə üz tutublar. Beləliklə, aprelin 12-si dənizçilər Türkiyəyə yola düşüblər və pandemiya səbəbi ilə bir neçə gün İzmir sahillərində gəmidə karantin rejimində qalmalı olublar. Daha sonra İzmir şəhərində 4 gün qalaraq İstanbula yola düşüblər. Nəhayət, İstanbuldan təyyarə ilə Bakıya gələ biliblər.

Xatırladaq ki, aprelin 8-də yanğın baş vermiş “Bellatrix” gəmisində Gürcüstan dənizçilərinin iştirakı ilə xilasetmə əməliyyatı keçirilib. Yanan gəminin heyət üzvlərinin hamısı Panama bayrağı altında üzən və altı gürcüstanlı dənizçinin çalışdığı “ARIFE” yük gəmisi ilə xilas etmək mümkün olub.

Hadisə zamanı gəmidə 4 Azərbaycan vətəndaşı olub: Kapitanın baş köməkçisi Cahangir Əzizli, baş mexanik Məcidəli Kərimov, motorçu Kamil Bədəlov və motorçu Tələt Cəbrayilov.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar