Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" yeni balans köçürmə imkanlarını təqdim edib

“Azercell Telekom” MMC “Mobil ödəmə” və “Paycell” xidmətləri çərçivəsində yeniliklər təqdim edib...

 

Şirkətdən verilən məlumata görə, “Mobil Ödəmə” xidməti çərçivəsində artıq Fakturasız Xətt (“SimSim”) istifadəçiləri bu servisdən yararlanaraq öz nömrələrinin balansından həm Fakturalı, həm də Fakturasız Xətt nömrələrə 1 manatdan 50 manatadək vəsaiti hədiyyə edə bilərlər. Ay ərzində isə bir nömrədən digər nömrələrə köçürülən ümumi məbləğ 500 manat həcmində təyin edilib.

Xatırladaq ki, “Mobil Ödəmə” xidmətini aktivləşdirmək üçün “Azercell”in çoxfunksiyalı "Kabinetim” mobil tətbiqini “Playstore” və ya “Appstore”dan yüklədikdən sonra qeydiyyatdan keçərək, müvafiq elektron müqaviləni imzalamaq lazımdır.

Eyni zamanda, 23 aprel tarixindən etibarən “Paycell” xidməti vasitəsilə istənilən fakturasız xətt nömrənin balansına 0,2 manat, 0,5 manat və 1 manatdan əlavə, həm də 2 və 5 manat vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Yeni təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd edib, 2 manat məbləğində köçürmələr üçün 2206 qısa nömrəsinə, 5 manat üçün isə 2208 qısa nömrəsinə mesaj göndərmək kifayətdir.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə “Azercell” şirkəti “Mobil Ödəmə” və “Paycell” xidmətləri vasitəsilə icra edilən balans köçürmələri üçün əlavə xidmət haqqı tətbiq etmir.

“Mobil ödəmə” xidməti haqqında ətraflı: https://www.azercell.com/az/personal/services/payment_balance/mobile_payment/.

“Paycell” xidməti haqqında ətraflı: https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Ən çox oxunanalar