Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda Lavrovun bəyanatı çox ciddi rezonans doğurub

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır...

Rusiyanın XİN Ermənistanın xarici işlər nazirinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı güzəştsiz açıqlamasına verdiyi cavab, danışıqların dondurulmaması və davam etdirilməsini özündə ehtiva etməklə yanaşı, iki ölkə nazirlikləri arasında ciddi problemin yaşanmasına gətirib çıxardı.

Ermənistan hakimiyyəti Rusiyanın bu mövqeyini qəbuledilməz olduğunu vurğulamaqla, demək olar ki, Rusiya XİN müharibə elan edib. İki nazirlik arasında söz davasının artıq siyasi böhrana çevrilməsində Ermənistan tərəfi maraqlı görünür.

Ermənistan XİN rəhbəri Z.Mnatsakanyan açıq konteksdə heç bir güzəştə getməyəcəklərini qeyd etməklə, yanaşı rəhbəri olduğu nazirlikdə heç bir mərhələli həll variantlarını müzakirə etmədiklərini rəsmi şəkildə vurğuladı.

Təbii ki, Ermənistanın bu rəsmi mövqeyi Moskvanın "Kazan" formulunu və ötən il Moskvada AzərbaycanErmənistan xarici işlər nazirləri arasında əldə olunmuş razılığın əleyhinə olmaqla, Kremlin vasitəçiliyinə demarşdır.

Ermənistan tərəfinin məlum açıqlamasından sonra hansı əsaslarla danışıqların növbəti mərhələsi başlayacaq bu maraqlıdır. Rusiya XİN Ermənistana ciddi təzyiqlər edəcəyi və növbəti danışıqlar masasına əyləşməyə gətirəcək. Amma, ərazilərin qaytarılması məsələsinə gəldikdə isə, Moskvada Qarabağın ilkin statusu və sonrakı prosesdə ərazilərin qaytarılması məsələsini ortaya qoyur.

Qeyd edim ki, Azərbaycan XİN konkret şərtlərlə danışıqlara getməsini elan etməli və vaxt verməlidir.

Bu il yanvar ayında Cenevrədə üç gün ərzində aparılan danışıqlar barədə məxfiliyin saxlanılması razılaşdırılmışdı. Göründüyü kimi Ermənistanda həmin danışıqların üzərindən xətt çəkir.

Azərbaycan Moskva ilə konfidensial danışıqlar aparmaqla prosesə bu mərhələyə gətirmişdi. Yenidən Ermənistan prosesi tormozladı. Hazırda ABŞ və Fransa koronovirusa qarşı mübarizə aparır. Daxili problemlərlə məşğuldur. İki ölkənin gündəliyində Qarabağ münaqişəsinin nizamlanması yoxdur. Prosesdə Rusiya aktivdir və rəsmi Bakı ciddi şəkildə Kremllə kordinasiyalı çalışıb. Amma, gözlənilən reaksiyanı görmədik. Bunu Moskvada qarşısını alan qüvvə neytrallaşdırılmalıdır.

Azərbaycan prezidenti İlham Əliyevin prosesə müdaxiləsi danışıqlarda yeni situasiyanın başlanmasına gətirə bilər. Dövlət başçısının məhz birbaşa iştirakı ilə diplomatik informasiya savaşında proseslərdə Azərbaycanın mövqeyi güclənib.

Ermənistanda Lavrovun bəyanatı çox ciddi rezonans doğurub. Paşinyan masada olan həll variantlarını yaxşı bilir və qəbul edib. Amma, ərazilərin boşaldılması məsələsini ört-basdir etməsi daxili faktordan qaynaqlanır. Bunun açıqlanması hazırkı məqamda görünür Paşinyan üçün daxildə problemlərə yol açacğından ehtiyatlanır. Bundan əlavə, Rusiyada maraqlı deyil.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Ermənistana sərt reaksiya verməməsi, əslində bu nazirliyin ötən ildə demişdim ciddi struktur dəyişikliklərə ehtiyacı var. Hətta Elmar Məmmədyarovun işdən azad olunmasını qeyd etmişdim. İndidə bu fikirdəyəm.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Ən çox oxunanalar