Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı: ““Şərq Tərəfdaşlığı” sammitini yayda keçirməkdə qərarlıyıq"

Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell koronavirus pandemiyasına baxmayaraq, “Şərq Tərəfdaşlığı” sammitinin iyunda keçiriləcəyinə ümid edir...

UNİAN xəbər verir ki, bu barədə J.Borrell Brüsseldə Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində videokonfrans formatında baş tutan iclasından sonra bildirib.

Onun sözlərinə görə, Aİ üzvü olan ölkələrin XİN başçıları koronavirusla bağlı mövcud böhranın İttifaqın Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna üçün ən etibarlı tərəfdaş olduğunu nümayiş etdirmək üçün fürsət olduğu fikri ilə razılaşıblar.

Daha əvvəl koronavirusla bağlı yaranmış vəziyyətə görə, növbəti “Şərq Tərəfdaşlığı” sammitinin nə zaman keçiriləcəyinin məlum olmadığı bildirilmişdi.

“Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ən çox oxunanalar