Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə ÜDM-də 4.8% azalma olacaq - Bizi nələr gözləyir?

Neft istehsalçılarının əldə etdiyi razılaşma ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında sabitliyi təmin edə bilərmi?..

İqtisadçı-ekspert: “Azərbaycan iqtisadiyyatının pandemiyadan əlavə də neftin qiymətinin ucuzlaşması səbəbindən 2020-ci ildə çox ciddi çətinliklərlə üzləşəcəyi artıq təsdiq olunub”.

“Ortalama neftin qiyməti ən yaxşı halda 2020-ci ildə 40-45 dollar olacaq. Bu isə Azərbaycan iqtisadiyyatının neft sektoru istiqamətində çox ciddi təzyiqlə üzləşdiyini göstərən amildir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin Azərbaycan iqtisadiyyatında 2020-ci ildə ÜDM 4.8% azalacağı proqnozunu PİA.az-a şərh edərkən qeyd edib.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə dəyişib.

Agentliyin verdiyi məlumata görə, Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi ümumi dövlət borcunun aşağı olmasını (2019-cu ildə ÜDM-in 19,1% səviyyəsində) əks etdirir.

"Fitch" qeyd edir ki, reytinq üzrə "mənfi" proqnoz neftin ucuzlaşması və COVID-19 virusunun pandemiyasının yaratdığı şokların Azərbaycanın xarici buferlərinə mənfi təsirini və makroiqtisadi sabitliyin pozulma riskinin artmasını əks etdirir.

"Fitch" qeyd edir ki, 2020-ci ilin əvvəlindən etibarən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mart ayında 1,9 mlrd. ABŞ dolları daxil olmaqla valyuta hərraclarında 2,9 mlrd. dollar satıb. Ümumiyyətlə, ARDNF 2020-ci ildə satışını planlaşdırdığı xarici valyutanın 45%-ni artıq realizə edib.

Agentliyin ekspertlərinin fikrincə, 2020-ci ildə ÜDM 4.8% azalacaq, halbuki əvvəllər Fitch artımı 2,2%, Azərbaycan hökuməti isə 3% proqnozlaşdırırdı.

Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyətini necə dəyərləndirmək olar və neft istehsalçılarının əldə etdiyi razılaşma ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında sabitliyi təmin edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Rəşad Həsənov: “İstənən halda Azərbaycan iqtisadiyyatı 2020-ci ildə resersiya ilə üz-üzədir. Bu qaçılmazdır”.

OPEC+ ölkələrinin razılaşması da bu problemin həllinə kifayət etməyəcəyini düşünən İqtisadçı-ekspert PİA.az- açıqlamasında əlavə edib ki, ötən bir neçə gündə bu bazarlarda da müşahidə edirlir. Hətta qiymətlər razılaşmadan sonra azalmağa başlayıb:

“İlk olaraq onu qeyd edim ki, agentliyin əvvəlki və sonrakı proqnozları arasında fərqin olması başa düşüləndir. Yəni situasiya tamamilə fərqli istiqamətə dəyişib. Azərbaycan iqtisadiyyatının pandemiyadan əlavə də neftin qiymətinin ucuzlaşması səbəbindən 2020-ci ildə çox ciddi çətinliklərlə üzləşəcəyi artıq təsdiq olunub.

Beynəlxalq reytinq agentliyinin 2020-ci il üçün proqnozlarından görünür ki, ilin ikinci yarısında neft bazarlarında təxmini bərpa prosesləri başlayacaq. Amma bu proses ilin sonuna qədər davam edəcək. İl ərzində dünya bazarında neftə tələbat ötәn illə müqayisədə daha aşağı olma səviyyəsi davam edəcək. Yəni il ərzində orta hesablamaya görə neftə tələbat 9.7 milyon barrel azalacaq.

Görünən odur ki, hətta postpandemiya dövründə belə neft bazarları və neft Azərbaycan iqtisadiyyatının bərpası prosesində lokomotiv rolunu oynaya bilməyəcək. O da nəzərə alınmalıdır ki, Azərbaycan nefti daha çox sport bazarlarda satılan neftdir. Bu neftin qiyməti də daha aşağıdır. Bu da vəziyyəti daha da çətinləşdirən məqamlardan biridir. Hazırda bizim neftin qiyməti 20 dollar ətrafında dəyişir. Bu da orta hesabla neft şirkəti tərəfindən istehsal olunan istehsalın maya dəyərinə bərabərdir.

Rəşad Həsənov: “Görünən odur ki, hətta postpandemiya dövründə belə neft bazarları və neft Azərbaycan iqtisadiyyatının bərpası prosesində lokomotiv rolunu oynaya bilməyəcək”.

Növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatının azalması daha çox neft sektorundan qaynaqlanacaq. Çünki ümumi daxili məhsul hesablanarkən onun strukturuna baxanda 3 istiqamətdən təzyiq formalaşacaq:

1. Alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən neft təsərrüfatlarının istehlakında azalma başlayacaq.

2. Dövlət özün mövcud risklər fonunda fiziksal siyasətinə yenilənmə edəcək. Büdcəyə yenidən baxılacaq və böyük ehtimalla xərclərdə müəyyən azalmalar müşahidə olunacaq. Bu da dövlət istehlakının azalmasına gətirib çıxaracaq. İnvestisiya qoyuluşu ilə bağlı yaranmış riskləri göz önünə gətirmiş olsaq həm yerli, həm də xarici investisiyanın iqtisadiyyata yönlənməsi, xüsusilə ilə də Azərbaycan kimi iqtisadiyyatlarda neft sektorunun daha çox investisiya cəlb etməsi potensialının günü itirməsi - bu şərtlərdə neft sektoruna investisiya qoyuluşu investor marağı baxımından uyğun deyil. Burada da ciddi azalmalar müşahidə olunacaq.

3. İxracın saldosunda proqnozla müqayisədə əhəmiyyətli dərəcədə azalma baş verəcək. Çünki ixracın 92 faizi neft, qaz üzrə göndərilmiş mallarda formalaşıb. Bu məhsulların qiymətinin aşağı düşməsi nəticədə ixrac saldosunun ciddi şəkildə azalmasına gətirib çıxaracaq. Bunun özü də ümumi daxili məhsulun strukturuna daxil olan parametr kimi xarici ticarətin ümumi daxili məhsulda rolunun azalmasına gətirib çıxaracaq.

İstənən halda Azərbaycan iqtisadiyyatı 2020-ci ildə resersiya ilə üz-üzədir. Bu qaçılmazdır.

Rəşad Həsənov: “ABŞ-ın enerji agentliyi proqnozlaşdırır ki, 2020-ci ilin sonuna qədər ən yaxşı halda qiymətlər 45-50 dollara qədər bahalaşa bilər”.

OPEC+ ölkələrinin razılaşması da bu problemin həllinə kifayət etməyəcək. Ötən bir neçə gündə biz bunu bazarlarda da müşahidə edirik. Hətta qiymətlər razılaşmadan sonra azalmağa başlayıb.

Sazişin tətbiq olunmasına da may ayının əvvəlindən başlanılacaq. Bu müddət də yenə də kifayət etməyəcək. Çünki bazarda kifayət qədər kommersiya əhəmiyyətli neft var. Bu neftin qısamüddətli dövrdə müvafiq sazişin şərtlərinə uyğun şəkildə çıxarılması mümkün olmayacaq.

Məsələn ABŞ-ın enerji agentliyi proqnozlaşdırır ki, 2020-ci ilin sonuna qədər ən yaxşı halda qiymətlər 45-50 dollara qədər bahalaşa bilər. Hansı ki, Azərbaycan iqtisadiyyatı 2020-ci il üçün 55 dollar üzərində hesablanıb. Orta neftin qiyməti ən yaxşı halda 2020-ci ildə 40-45 dollar olacaq. Bu isə Azərbaycan iqtisadiyyatının neft sektoru istiqamətində çox ciddi təzyiqlə üzləşdiyini göstərən amildir”.

Nərminə UMUDLU
pia.az


Etiket: ÜDM azalma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Ən çox oxunanalar