Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Böyük fəsadlar olacaq, işsilik artacaq” - Ekspert

Pandemiyadan sonra ölkədə işsizliyin böyük həcmdə artması təhlükəsi varmı?...

İqtisadçı-ekspert: “Pandemiyadan sonra daha ciddi fəsadlarla üz-üzə qalacağıq”.

“Dövlət pandemiya dövründən sonra sahibkara dəstək olmasa, biznesə uzunmüddətli resurslar verilməsə, kredit faizləri çox ciddi aşağı salınmasa, pandemiya dövründə olan-qalan vəsaitini xərcləmiş sahibkar işini davam etdirə bilməyəcək”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli pandemiya dövründə daha çox ziyan çəkən sahələri və pandenimiyadan sonra ölkədənin vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri müşahidə olunur ki, mütəxəssislər bunun davamlı olacağını proqnozlaşdırır. Epidemiya müxtəlif sahələr təsir edib – avtomobil istehsalından tutmuş turizmə qədər. Fond bazarlarına həmçinin, ABŞ, Çin kimi qlobal iqtisadi sistemlərə ağır ziyan vurur. Demək olar ki, pandemiya iqtisadiyyatın bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Beynəlxalq iqtisadi analiz qurumaları hesab edirlər ki, pandemiyadan sonra müflisləşmə və işsizlik problemləri iqtisadiyyatın əsas problemləri olacaq. Bəzi analitiklər hesab edirlər ki, hətta ən inkişaf etmiş ölkələrdə belə işsizlik 3-4 dəfə artacaq.

Qeyd desək ki, Azərbaycan prezidenti İlham Əliyev və hökümət nümayəndələri, o cümlədən İqtisadiyyat naziri Mikayıl Cabbarov dəfələrlə işverənlərə müraciət edərək heç kəsi işdən çıxarmamaqla bağlı çağırışlar ediblər. Hökümət iş dünyasına kömək etmək üçün paket layihələr hazırlayıb və həmin paketlərin bəziləri artıq reallaşdırılmaqdadır­. Buna baxmayaraq bir çox ekspertlər hesab edirlər ki, bütün dünyada olduğu kimi Azərbaycanda da bir çoxları işlərini itirəcəklər.

Bəs Azəbaycanda karantin dönəmində əsasən hansı sahələr daha çox ziyan çəkməkdədir və pandemiyadan sonra ölkədə işsizliyin böyük həcmdə artması təhlükəsi realdırmı?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Azərbaycanda bütün real sektor pandemiyadan əziyyət çəkir”.

Azərbaycan iqtisadiyyatının özünəməxsusluğu olduğunu xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, pandemiya ərzaq sektorundan başqa bütün sahələrə öz təsirini göstərib:

“Demək olar ki, Azərbaycanda bütün real sektoru pandemiyadan əziyyət çəkir. Daha çox təbii ki, ölkə daxili gediş-gəliş məhdud olduğundan, xarici sərhədlər bağlı olduğundan turizm, sərnişindaşıma, hotel sahələri ziyan görür. Bu sahələr monopoliyada, yəni məmur sahibkarlığına məxsus olduğundan dövlət iqtisadiyyatında daha tez hiss olunur.

Qeyd edim ki, Azərbaycan iqtisadiyyatının özünəməxsusluğu var. Məlumdur ki, Bakı şəhərinə uzun illərdir köç etmiş rayon əhalisi var. Bu rayon əhalisi də Bakıda günəmuzd çalışırdılar. Təssüf edirəm ki, hökumət bu sahəni kölgə iqtisadiyyatına aid edir. Amma əslində kölgə iqtisadiyyatı bu deyil. Bu günəmuzd çalışanların indi həm hərəkətlərində məhdudiyyətlər var, həm də gəlir sahələri yoxdur. Bu hal da onların həyat şəraitinə çox mənfi təsir göstərir. Demək olar ki, pandemiya pərakəndə satış, yəni ərzaqla bağlı başqa bütün sahələrə öz təsirini göstərib.

Nazim Bəydəmirli: “Həm ərzaq məhsullarının bahalaşması, həm də əhalinin sosial ehtiyaclarının artması baş verəcək.”

Pandemiyadan sonra ciddi şəkildə iş yerlərinin bağlanması baş verəcək və bu təbii prossesdir.

Dövlət pandemiya dövründən sonra sahibkara dəstək olmasa, biznesə uzunmüddətli resurslar verilməsə, kredit faizləri çox ciddi aşağı salınmasa, pandemiya dövründə olan-qalan vəsaitini xərcləmiş sahibkar işini davam etdirə bilməyəcək. Belə olan halda da iş yerləri bağlanacaq.

Hökumət nə qədər desə ki, iş yerlərin bağlayanlara qadağalar olacaq, amma görünən odur ki, iş yerləri bağlanacaq. Hökumət, Operativ Qərargah belə təşviq yolunu deyil, daha çox qadağa yolunu seçib.

Biz pandemiyadan sonra daha ciddi fəsadlarla üz-üzə qalacağıq. Bu həm ərzaq məhsullarının bahalaşması, həm də əhalinin sosial ehtiyaclarının artması olacaq. Buna görə də hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı çox ciddi fəsadlarla üzləşəcək”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar