Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil haqqı dövlət tərəfindən ödəniləcək tələbələr hansılardır? - Ekspert açıqladı

Bəs bu qrupa daxil olan şəxs təhsil haqqını ödəyibsə, o necə olacaq?...

Təhsil eksperti: “Yaxın günlərdə Təhsil Nazirliyinə ali məktəblər bu qrupa daxil olan tələbələrin siyahısını verəcək və kimlərin azad olması barədə bilgiləri olacaq”.

“Əhalinin sosial həssas qrupuna daxil olan şəxs təhsil haqqını bu qərar verilənədək ödəmişdirsə, o zaman həmin təhsil haqqı geri qaytarılmalıdır”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi sosial həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödəniləcəyini PİA.az-a şərh edərkən qeyd edib.

Sosial həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqını dövlət ödəyəcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Prezidentin sərəncamının icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, bu məqsədlə 40 milyon manat ayrılıb.

Bəs sosial həssas qrup hansı şəxslər daxildir və bu qrupa daxil olan şəxs təhsil haqqını ödəyibsə, o necə olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Əhalinin sosial həssas qrupuna daxil olan şəxsdən təhsil haqqını ödəməklə bağlı kimsə tələb irəli sürə bilməz. Bütün bunlar hüquqi cəhətdən tənzimlənir”.

Yaxın günlərdə Təhsil Nazirliyinə ali məktəblər bu qrupa daxil olan tələbələrinin siyahısını verəcəyini vurğulayan ekspert PİA.az-a açıqlamasında bildirib ki, bundan sonra kimlərin təhdil haqqından azad olması barədə bilgiləri olacaq:

“Verilən qərara əsasən, əhalinin sosial həssas qrupuna daxil olan ailənin tələbə olan üzvü üçün dövlət təhsil haqqını ödəyəcək. Bu təqdirəlayiq qərardır. Amma cəmiyyətimizin əhalinin sosial həssas qrupuna kimlərin aid olması ilə bağlı təsəvvürü yoxdur.

Qeyd edim ki, bu qrupa Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlar (əvvəldən də təhsil haqqı ödəmirdilər), Çernobıl əlilliyi olan vətəndaşlar və digər əlilliyi olan vətəndaşlar, eləcə də şəhid ailələri, məcburi köçkünlər (əvvəldən də təhsil haqqı ödəmirdilər), sosial təminatı az olan və buna görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydə aldığı şəxslər daxildir.

Elçin Əfəndi: “Cəmiyyətimizin əhalinin sosial həssas qrupuna kimlərin aid olması ilə bağlı təsəvvürü yoxdur”.

Bütün bu qrupa daxil olanlar barədə Təhsil Nazirliyi yəqin ki, ümumi məlumat verəcək.
Bildirim ki, əhalinin sosial həssas qrupuna daxil olan şəxs təhsil haqqını bu qərar verilənədək ödəmişdirsə, o zaman həmin təhsil haqqı geri qaytarılmalıdır. Həmçinin əhalinin sosial həssas qrupuna daxil olan şəxsdən təhsil haqqını ödəməklə bağlı kimsə tələb irəli sürə bilməz. Bütün bunlar hüquqi cəhətdən tənzimlənir.

Düşünürəm ki, yaxın günlərdə Təhsil Nazirliyinə ali məktəblər bu qrupa daxil olan tələbələrin siyahısını verəcək və kimlərin azad olması barədə bilgiləri olacaq”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar