Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ülvi Mehdiyev: “İcazə SMS-lərindən zarafat üçün istifadə edilir, amma...”

“İcazə SMS-lərinin 60 faizi daha çox insanların sistemi yoxlamaq istəyinə görə istifadə olunub”...

PİA.az-ın məlumatına görə, bunu Real TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, vətəndaşların yaşayış yerini tərk etməsi ilə bağlı qərarda zəruri hallar konkret kodlarla göstərilib:

“O hallara aidiyyəti olmayan mətnlər göndərilir. İnsanlar başa düşməlidirlər ki, onların bu cür SMS-ləri yaşayış yerini tərk etmək üçün zəruri olan digər vətəndaşın sorğusunu gecikdirə bilir. Bu, bir vətəndaşın qeyri-ciddiliyi, digərinin hüququnun pozulmasına gətirib çıxarır.

İnsanlar bilməlidir ki, bu SMS-lər sistemə düşürsə, bunun arxasında monitorinq sistemi dayanır. O şəxsləri dərhal fiksasiya etmək mümkündür. Bu gün Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarlar karantin rejiminin qaydalarıdır. Bu qaydaları pozan hər bir şəxs qanunvericiliyə uyğun məsuliyyət daşıyır”.

“Onlar, bəlkə, zarafatyana, gülmək, vaxt keçirmək və sistemi yoxlamaq üçün bu cür hərəkətlərə yol verə bilərlər, amma anlamalıdırlar ki, bu, karantin rejiminin pozulmasıdır. Ona görə də 546 215 SMS-in 212 366 qaydalara uyğun SMS olub ki, onlara da müvafiq icazələr verilib.

190 minə yaxını ərzaq və gündəlik tələbat üçün, 14 mindən çoxu təxirəsalınmaz tibbi zərurət, səkkiz minə yaxını isə yaxın qohumun dəfnində iştirakla bağlıdır. Digərləri isə təyin olunmamış müraciətlər üzrə olub”, - deyə Ü.Mehdiyev qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, insanların yaşayış yerini tərk etmələri üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Yalnız SMS-ə cavab gəldikdən sonra yaşayış yerini tərk etmək mümkündür. Məlumatla buradan tanış ola bilərsiniz.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar