Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət yoxsul vətəndaşların kreditlərinə niyə güzəşt etmədi? - Qubad İbadoğlu

Nazirlər Kabineti maliyyə institutları arasında ayrı-seçkilik edib...

Nazirlər Kabinetinin koronavirus iqtisadiyyata təsirlərinin aradan qaldılması ilə bağlı tədbirlər planının 19-cu maddəsində qeyd olunur ki, bank və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqların ləğv edilib. Bununla əlaqədar 2 qeydimi sizinlə paylaşmaq istəyirəm.

Birincisi, maliyyə bazarlarına nəzarət orqanına yalnız bank və sığorta bazarının peşəkar iştirakçıları haqq ödəmir. Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydalarına görə, bank olmayan kredit təşkilatları (BOKT), poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçiləri, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları haqlar ödəyirdi. Sual olunur, nədən bu haqqı ödəməkdən yalnız banklar və sığorta bazarının peşəkar iştirakçıları azad olunur, digərləri, məsələn BOKT-lar azad olunmayıb?

İkincisi, banklar və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqların ləğv edilirsə, bundan faydalananlar niyə istehlak kreditləri üzrə heç bir güzəşt (kredit tətilləri, kredit ödənişlərindən tan və ya qismən azad olunma və sair) təklif etmirlər. Məlumat üçün qeyd edim ki, banklar kapitalından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanına ildə 300 mindən – 800 minədək haqq ödəməlidirlər. Koronavirusa görə irəli düşən banklar istehlak kreditlərinə görə niyə güzəşt təklif etmir? Hesab edirəm ki, Mərkəzi Bank Azərbaycan Banklar Assosiyası ilə birlikdə istehlak kreditlərinə güzəştlərə dair təkliflərini ən qısa müddətdə təqdim etməlidir.

Qubad İbadoğlu, iqtisadçı alim

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

Ən çox oxunanalar