Gürcüstanın karantinə alınmış Bolnisi şəhərində hamilə qadın koronavirusa yoluxub...
Bu barədə “Qruziya Online” Kvemo Kartli vilayətinin qubernatoru Şota Rexviaşviliyə istinadla xəbər verib.
“19 yaşlı hamilə qadın Birinci Universitet Xəstəxanasına (Tbilisidə - red.) köçürülüb”, - deyə qubernator bəyan edib.
O, bölgədə aşkar olunan bütün dörd yoluxma halının hamısının Azərbaycana səfərlərlə əlaqəli olduğunu deyib.
Qeyd edək ki, martın 23-dən etibarən azərbaycanlıların kompakt yaşadıqları Marneuli və Bolnisi bələdiyyələrində karantin elan edilib, şəhərlərdən çıxış qadağan edilib.(oxu.az)
pia.az