Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel müharibəsinin 4-cü ili

Bu gün “Aprel döyüşləri”nin 4-cü ili tamam olur...

PİA.az xatırladır ki, “Aprel döyüşləri” 2016-cı il aprelin 1-dən 5-dək AzərbaycanErmənistan ordusu arasında son illərdə baş vermiş ən böyük toqquşmadır. Döyüşlər 4 gün davam edib. 

Bu döyüşlərdə Azərbaycan ordusu erməni hərbi qüvvələrinə ağır zərbə vuraraq 1994-cü ildən işğal altında olan bir sıra əraziləri geri alıb. Bu sırada Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri göstərmək olar. 

“Aprel döyüşləri” həm də Azərbaycan cəmiyyətində həmrəyliyə səbəb olub. Həmin dövrdə Azərbaycanda əli silah tuta bilən hər kəs Azərbaycanın bütövlüyü uğrunda döyüşməyə hazır olduğunu nümayiş etdirib. Döyüşlər başlamışkən ermənilərin işğal siyasətinə birdəfəlik son qoyulması təklifləri ilə çıxış edənlər olub. 

“Aprel döyüşləri”ndə şəhid olan hərbçilərimizin dəfn mərasimlərinin izdihamlı keçməsi, xüsusilə, gənclərin fəallıq göstərməsi düşmənlə mübarizə əzminin ölmədiyini, əksinə daha da artdığını ortaya qoyub.

“Aprel döyüşləri” həm də Azərbaycan ordusunun yüksək hərbi hazırlığa malik olduğu, ən yeni texnika və silahlardan uğurla istifadə etməsi ilə yadda qalıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar