Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft dünyanın rahatlığını pozur...

Neft uğrunda aparılan gizli ya da açıq müharibələr hər dövrdə dünyanın rahatlığını və sülhü pozan əsas faktor olublar...

Esfender Korkmaz

“Yeniçağ” qəzeti, Türkiyə

Dünyada hər bir siyasi, iqtisadi və strateji hadisə neftin qiymətinə təsir göstərir. ABŞ vətəndaş müharibəsi dövründə, yəni 1862-1865-ci illərdə əvvəllər barreli 15 dollar olan xam neftin qiyməti 120 dollara qədər yüksəlmişdi. Neft qiymətləri 1970-ci ildə 1.80 dollar idi. 2011-ci ildə 104 dollar olub. İndi isə 34 dollara qədər enib. Aşağıdakı cədvəldə son 10 ildə neft qiymətlərindəki dəyişikliklər göstərilib.

Neftin qiyməti niyə bu qədər düşdü?

Koronavirus iqtisadi fəallığı azaltdıqca neftə olan tələbat da azalıb və bu qiymətlərə də öz təsirini göstərib.

Neftin qiymətinin aşağı düşməsinin digər bir səbəbi də OPEC danışıqları zamanı yaranan anlaşılmazlıqlardır. Əsasən Rusiya ilə Səudiyyə arasında aparılan OPEC+ danışıqları uğursuz olub. Rusiya hasilatı azaltmaq istəmədiyinə görə Səudiyyəlilər neft tədarükünü artıracaqlarını bildiriblər. Səudiyyədə bir barrel neftin maya dəyəri 15 dollar, Rusiyada isə 22 dollardır. ABŞ-ın Səudiyyənin arxasında olması danılmaz faktdır. Şübhəsiz ki, ABŞ Səudiyyə vasitəsilə Rusiyaya təzyiq göstərmək istəyir.

Neft uğrunda aparılan gizli, ya sa açıq müharibələr hər dövrdə dünyanın rahatlığını və sülhü ppzan əsas faktor olub.

Böyük Yaxın Şərq Layihəsi, əslində, ABŞ-ın neftə hakim olmaq uğrunda apardığı müharibədir. Səudiyyəlilərin nefti olmasaydı, siyasi islam da bu qədər yüksəlməzdi. Kral və əmirlər taxtlarını qorumaq üçün neft gəlirlərindən istifadə ediblər. İslam İnkişaf Bankı İslam ölkələrinin inkişafı üçün deyil, hərbçilərin yetişdirilməsinə pul xərcləyir.

Əgər neft olmasaydı, İranda demokratiya olardı və xalq daha0 dinc yaşayardı. İran Yaxın Şərqdə ona görə məzhəb müharibəsi aparır ki, mollalar yerində qalsınlar. Bu gün Suriya və Yəməndə yüz minlərləp inqilab keşikçisi var.

Əgər Rusiyada neft olmasaydı, Rusiyada demokratiya olardı və dünyanı təhdid edən diktator rejimlərinə sahib çıxan Putin də olmazdı. Türkiyə Rusiya ilə xarici ticarət prosesi apardığı üçün hər il 20 milyard dollarlıq xarici ticarət kəsri verir. Əgər neft ucuzlaşsa, bu kəsir azalacaq.

Venesuela dünyada ən böyük neft ehtiyatına malik ölkədir. Ancaq ABŞRusiya bu ölkədən əl çəkmirlər. Venesuela xalqı neftdən yararlana bilmir. Cəmiyyət hər gün böyük inflyasiya təhdidi altında insanların tələf olduğu bir xaos şəraitində yaşayır.

Bundan əlavə, Venesuela da daxil olmaqla, Mərkəzi və Cənubi Amerikadakı neft ehtiyatlarının onlara 124 il bəs edəcəyi təxmin edilir. Bəzi ölkələrdə bu müddət müxtəliflik göstərir. Məsələn, Şimali Amerikada 37 il, Yaxın Şərqdə 76 il olacağı təxmin edilir.

Türkiyə neft baxımından şanssız bir ölkədir. Osmanlı xəritələrində Ərəbistan yarımadasının ortası boş kimi qeyd olunur. O dövrdə neft hələ həyatın vacib bir elementi deyildi. Bu gün hər kəs Aralıq dənizində neft axtarmağa başlayanda Türkiyənin də ağlı başına gəldi.

Neft qiymətlərinin düşməsi ən çox Türkiyə üçün faydalıdır. Çünki bu halda xarici kəsirləri və valyuta ehtiyacı azalır. Bu zaman da xarici borclarını daha asan çevirə bilər. İstehsal xərcləri azalar və inflyasiyanın zəifləməsinə səbəb olar.

Bəs qiymətlər nə qədər düşə bilər? Bunu ən yaxşı neft müharibəsi aparanlar bilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: neft koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Kiçik Kennedi prezidentlik yarışından geri çəkilməyə hazırlaşır

Ən çox oxunanalar