Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ata Abdullayevlə jurnalist qarşıdurması məhkəməyə qədər getdi

Ata Abdullayevlə mübahisəyə görə jurnalistə qarşı cinayət işi başlandı...

"Azadlıq" qəzetinin müxbiri Təzəxan Mirələmliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

PİA.az-ın xəbərinə görə, bu barədə jurnalistin özü bildirib.

T.Mirələmlinin sözlərinə görə, ona qarşı cinayət işini özünü videobloqer kimi təqdim edən Ata Abdullayev tərəfindən verilmiş şikayət əsasında açılıb.

"Fevralın 26-da AXCP Xocalı prospektindəki “Ana fəryadı” abidəsini ziyarət edən zaman Abdullayev söyüş söyürdü və mən ona yaxınlaşaraq xəbərdarlıq etdim, o isə polisə guya onu vurmağımla bağlı şikayət edib."

Jurnalist bildirib ki, hadisədən sonra onu Xətai Rayon Polia İdarəsinin 37-ci Polis Bölməsinə dəvət edib izahat alıblar.

"Çağırdılar izahat verdim, dedilər ekspertiza keçiriləcək. Sonra isə polisdən heç bir xəbər çıxmadı. Mən özüm işlə maraqlanmaq üçün bir dəfə polis bölməsinə getdim, dedilər təhqiqatçı məzuniyyətdədir. Bundan sonra isə heç bir məlumat ala bilmədim."

Jurnalist əlavə edib ki, ona qarşı cinayət işinin açılması barədə sosial şəbəkələrdə məlumat alıb.

"Ata Abdullayev mənə qarşı cinayət işinin başlanması ilə bağlı qərarı öz facebook səhifəsində paylaşıb. Qərarda deyilir ki, cinayət işi Xətai Rayon Polis İdarəsi tərəfindən martın 11-də açılıb. Ora dəfələrlə zəng vursam da, telefonu götürən olmadı və mənim evimə heç bir məlumat gəlməyib."

Mirələmli qərarda qeyd olunan detallara da münasibət bildirib.

"Orada deyilir ki, mən Abdullayevi sifət nahiyəsinə vuraraq ona çənə nahiyəsinin sıyrığı və qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişəm. Qəti razı deyiləm. Mən onu vurmamışam."

Məsələ ilə bağlı Ata Abdullayev bildirib ki, fevralın 26-da Təzəxan Mirələmli peşə fəaliyyətinə mane olaraq ona hücum çəkib.

"Mən hüquqi müstəvidə Mirələmli ilə mübarizə aparacam, öz hüquqlarımı qoruyacam. Qoy qanun pozan insanlara bir daha dərs olsun ki, qanunlara və adamın peşə fəaliyyətinə hörmət etmək lazımdır. Mirələmli peşə fəaliyyəti ilə məşğul olan şəxsə hücum çəkəndə bilmirdi ki, bir gün məhkəmə qarşısında cavab verəcək? Mən hüquq-mühafizə orqanlarına işin obyektiv baxıldığına görə minnətdaram. Dəfələrlə şikayətlər göndərdim və düşünürdüm ki, bu prosesdə soyuqluq var, amma yanıldım. Hazırda araşdırma davam edir və inanıram ki, tez bir zamanda Mirələmli məhkəmə qarşısına çıxarılaraq azadlıqdan məhrum olunacaq” - qeyd edib. (Pravda.az)

pia.az


Etiket: Ata Abdullayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar