Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 mart əslində nə günüdür? - Gül-çicək, yoxsa mübarizə?..

Gəlin 8 Martın əsl mahiyyəti ilə daha yaxından tanış olaq...

8 Mart 1857-ci il tarixində ABŞ-ın  Nyu-York şəhərində 40.000 toxuma işçisi daha yaxşı iş şərtləri istəyiylə bir tekstil fabrikində tətilə başladı.O zaman qadınlar gündə 16 saat işləyirdilər, çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin küçələri ilə marşla keçdilər. Ancaq polisin işçilərə hücum etməsi və işçilərin fabrikə qıfıllanması, arxasından da çıxan yanğında işçilərin fabrik qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən çox adam qatıldı.

26 - 27 Avqust 1910-cu  il tarixində Danimarkanın Kopenhagen şəhərində  iI Beynəlxalq qadınlar yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin, 8 Mart 1857-ci il  tarixindəki tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Mart "Dünya Qadınlar Günü" olaraq qeyd olunması təklifini verdi və təklif qəbul edildi. Alman inqilabçısı Klara Setkin Beynəlxalq qadınlar günü ideyasının müəllifidir. Klara ənənəvi alman ailəsində böyümüşdü. Soyad, hansıyla ki, Klara tarixə girdi, o soyad həyat yoldaşına  aiddir:  Osip Setkinə aid idi. 1882-ci ildə evlənən cütlüklər 1889-cu ildə böyük acı yaşadı. Klaranın sevimli yoldaşı vərəmdən vəfat etdi. Hadisədən 20 il keçdi. Klara Setkin bu vaxtlarda alman fəhlə hərəkatında gözə çarpan fiqur oldu. 1910-cu ildə onu 2-ci beynəlxalq sosializm konfransına nümayəndə seçdilər.

Qeyd edək ki, Qadınlar Bayramının əvvəlki adı  “Qadın haqqları günü” idi. Avropada bu bayram ilk dəfə Danimarka, Almaniya, İsveçrə, Avstriyada 1911-ci il 19 martda qeyd olunmağa başladı. Yalnız BMT-nin verdiyi qərar nəticəsində bu bayram 8 mart tarixində tarixə düşdü. Azərbaycanda isə ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar