Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan vətəndaşlığına qəbul edilən şəxslərin andiçmə mərasimi keçirilib

Bu il fevralın 27-də Prezident İlham Əliyevin 343 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı Sərəncamların icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib...

 

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün və qarşıdan gələn Novruz bayramı, xanımları Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. Bildirib ki, müasir müstəqil Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq qürurvericidir. Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə uğurla nail olub. V.Hüseynov bildirib ki, hər il çoxsaylı şəxs Azərbaycan vətəndaşlığını əldə etmək üçün müraciət edir. Bunun da əsas səbəbi təbii ki, ölkəmizin sürətli inkişafı, artan iqtisadi qüdrətidir.

Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş 343 nəfər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonda xatirə şəkli çəkilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar