Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran həbsxanalarında koronavirus yayılır

İranda koronavirusun yayılması və yoluxma hallarının artması ilə həbsxanada olan siyasi məhbusların durumu narahatlıqlara səbəb olub...

HRA xəbər agentliyi və insan haqları fəalları tərəfindən sosial mediada yayımlanan xəbərlərə görə, bəzi türk fəalların saxlandığı Tehranın Evin həbsxanasının 4-cü bölməsində koronavirusa bir yoluxma halı təsdiqlənib.

Evin həbsxanasının həmin bölməsində saxlanılan üç güneyli siyasi məhbusun, o cümlədən Kiyanuş Aslani, Tohid Əmirəmini və Kazım Səfabəxşin sağlamlıq durumları ailələri və siyasi fəalların narahatlığına səbəb olub. Digər azərbaycanlı fəallar, İbrahim Nuri və Cəfər Rüstəmi-Rad, Tehran Evin həbsxanasının 8-ci hissəsində saxlanılır.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında xəstəxanadan qayıdan bir növbətçi əsgərin virusa yoluxduğu təsdiqlənib. Həmin həbsxanada bir çox siyasi, o cümlədən azərbaycanlı məhbus Yeni GAMOH təşkilatının mərkəzi komitəsinin üzvü doktor Lətif Həsəni saxlanılır.
Şərqi Azərbaycan vilayətinin Əhər şəhərinin həbsxanasında məhbus olan digər iki türk fəal Saleh Molla Abbasi və Süleyman Kazımi martın 2-də məzuniyyətə buraxılıblar. Başqa həbsxanalarda həbsdə olan türk fəallar hələ məzuniyyətə buraxılmayıblar.

İranın məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli koronavirusun yayılmasının qarşısının almaq üçün 54 mindən çox məhbusun məzuniyyətə buraxıldığını söyləyib.

İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisinin imzaladığı sərəncama görə, 'bəzi məhbusları şərti və məhdud şəkildə' məzuniyyətə buraxma icazəsi verilib. Həmin sərəncamda milli təhlükəsizliyə qarşı fəalliyyət ittihamı ilə suçlanaraq 5 ildən çox müddətə həbsə məhkum edilən məhbuslara məzuniyyət verilməyəcəyi qeyd edilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Ən çox oxunanalar