Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersenlə görüşüb...
PİA.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Görüş zamanı nazir Geir O. Pederseni Türkiyənin Suriyanın İdlib vilayətində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı haqda məlumatlandırıb.
Xatırladaq ki, Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 36 hərbçisinin şəhid edilməsindən sonra "Bahar qalxanı" əməliyyatına başlayıb. (APA)
pia.az