Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəylə Mütəllibovun görüşü niyə baş tutmayıb?

Fevralın 26-sı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər...

Bu zaman mərasimdə iştirak edən eks-prezident Ayaz Mütəllibov Azərbaycan Prezidenti və Birinci vitse-prezidentlə görüşüb. Bu tarixi görüş gündəmə buna aid olan başqa bir məsələni gətirib. Görəsən, Ayaz Mütəllibov o zaman ölkəyə rəhbərlik etmiş Əbülfəz Elçibəylə də görüşüb?

Məsələ ilə bağlı eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olan Oktay Qasımov Modern.az-a danışıb:

"Əbdürrəhman Vəzirovun anası səhv etmirəmsə, 1992-ci ilin yayında rəhmətə gedəndə Vəzirov Bakıya gəlmişdi. Əbülfəz Elçibəylə Əbdürrəhman Vəzirov Prezident Aparatında görüşdülər. Bundan başqa Əbülfəz Elçibəy Ayaz Mütəllibova da sifariş göndərdi ki, Azərbaycana qayıdıb, burda yaşaya bilər. Sadəcə müəyyən şərtlər daxilində burada yaşamağına icazə verilmişdi. Lakin Ayaz Mütəllibov bu şərtləri qəbul etmədiyindən ölkəyə geri dönmədi. Şərt də bu idi ki, 20 Yanvar faciəsi ilə bağlı bütün bildiklərini hüquq mühafizə orqanlarına danışmalı idi. Əvvəlcə Ayaz Mütəllibov bu şərtlə razılaşsa da, sonradan fikrindən daşındı".

Oqtay Qasımov Əbülfəz Elçibəylə Ayaz Mütəllibov arasında görüşün olmadığını vurğulayıb:

"Bir məsələni söyləyim ki, Ayaz Mütəllibov hakimiyyətdə olduğu dövrdə, Əbülfəz Elçibəy o zaman Xalq Cəbhəsinin sədri vəzifəsində işləyirdi. Yəni bu müddət ərzində Prezident Aparatında ümümi görüşlər olub. Bilirsiniz ki, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, o zaman Ayaz Mütəllibov Moskvada yaşayırdı. Əbülfəz Elçibəyin köməkçisi, o zaman Ayaz Mütəllibovla da işləmiş Gülşad Zərbəliyevin vasitəsilə müəyyən əlaqələr qurulub. Görüş təxminən 1993-cü ilin mart aylarında baş tutmalı idi. Lakin Ayaz Mütəllibov Bakıya qayıtmayacağını bildirəndən sonra, məsələ də bitmişdi. Hətta bu məsələ mətbuatda geniş şəkildə işıqlandırıldı ki, Ayaz Mütəllibova vəzifə təklif olunub".

Əbülfəz Elçibəyin köməkçisi Heydər Əliyevlə görüşlərindən də söhbət açıb:

"Türkiyənin prezidenti Turqut Özalın dəfn mərasimində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də bu mərasimdə iştirak edirdi. Bu zaman Əbülfəz Elçibəy də Ankarada səfərdə idi. Biz Əfülfəz Elçibəylə oteldən çıxanda Heydər Əliyevlə, İlham Əliyev otelin qarşısında söhbət edirdi. O zaman belə bir qarşılaşma oldu".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar