Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Biz sizin səsinizlə qalib gəlmişdik" -İqbal Ağazadə MSK-nın qərarından danışdı

İqbal Ağazadə də MSK-nın qərarından danışdı...

Nəticələri ləğv olunan 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadə də Mərkəzi Seçki Komissiyasının ləğv qərarına münasibət vildirib.

PİA.az xəbər verir ki, İ. Ağazadə seçicilərə müraciətində bildirib ki, belə bir situasiyanın yaranması onun üçün sevindirici hal deyil:

"Çünki, biz sizin səsinizlə qalib gəlmişdik. Həm protokollar, həm də videomateriallar var idi. Dairə və məntəqə seçki komissiyaları da böyük saxtakarlığa imza atıb və bu nəticələri dəyişdirmişdi.

Biz söz vermişdik ki, dairənin nəticələrinin hüquqi yolla ləğvi üçün ciddi mübarizə aparacağıq. 30 məntəqə üzrə hər birinin nəticələri ləğv olundu. Bununla bağlı Baş Prokurorluğa da, MSK-ya da göndərdiyimiz dəlil və sübutlar öz əksini tapdı. Sosial şəbəkə istifadəçiləri bizə ciddi dəstək verdilər, bu faktlar ictimailəşdirildi.

Gələcəkdə nə olacaq, ona baxacağıq. Mən seçkiyə Ümid Partiyasının namizədi kimi gəlmişdim. Partiya bu situasiyanı müzakirə edəcək. Amma bizim üçün təkcə 35 saylı dairə deyil, 20 dairədə də bizim namizədlərimizlə bağlı çalışmalarımız var. Çalışacağıq ki, hüquqi müstəvidə edə biləcəyimiz nə varsa edək. Azərbaycanın demokratikləşməsi naminə qərarlar verəcəyik".(Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar