Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fərəc Quliyev başqa bir namizədlə razılığa gəlmişdi, həmin şəxs onun xeyrinə...”

Müavinindən etiraf...

Bir neçə gündür, mətbuatın gündəminə çevrilən 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədlər Fərəc Quliyev və Mehman Hüseynov arasındakı qalmaqallı səsyazısı ətrafında söz-söhbətlər səngimək bilmir.

Ötən gün Mərkəzi Seçki Komissiyasının Fərəc Quliyevə xəbərdarlıq etməsi də məsələnin gündəmdən apara bilmədi.

MSK məsələ ilə bağlı Baş Prokurorluğa da şikayət edildiyini, bu qurumun qərarını gözləmək lazım olduğunu diqqətə çatdırdı.

PİA.az xəbər verir ki, bu qalmaqalla bağlı Modern.az Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasından münasibət alıb.

Partiyanın sədr müavini Şakir Ağayev bu məsələ ilə bağlı geniş fikirlərimi ayın 9-dan sonra bildirəcəyini vurğulayıb. Buna baxmayaraq, Ş.Ağayev bəzi məqamlara aydınlıq gətirib:

“Biz Mehman Hüseynovla danışıqda partiya olaraq iştirak etməmişik. Fərəc bəy özü qeyd etdi ki, ona tamamilə səmimi şəkildə xəstəliyi ilə əlaqədar kömək əli uzatmaq istəyib. Mehman Hüseynov isə qeyri-obyektiv addım ataraq, Fərəc bəylə təxmini 45 dəqiqə davam edən dialoqunu montaj edərək, 15 dəqiqəsini yayımlayıb. Ona görə, mənim də bu məsələ ilə bağlı fikir bildirməyim düzgün olmaz.

Biz partiya idarə heyəti olaraq, dünən bu məsələni müzakirə etdik. Partiyanın seçki kampaniyası çox yüksək səviyyədə aparılıb. Belə də davam edirdi. Fərəc bəy həmin dairənin deputatıdır. İndiki mərhələdə də hər həftə dairədə görüşlər keçirib, seçicilərin dəstəyini qazanıb. Mehman Hüseynovu yanına çağırmasına şəxsən mən də narazılığımı bildirdim, etiraz etdim ki, ehtiyac yox idi. Mehman Hüseynovun isə bu cür addım atması heç düzgün hərəkət olmadı.

Fərəc Quliyev başqa bir nəfərlə də razılığa gəlmişdi, həmin şəxs də onun xeyrinə namizədliyini geri götürmüşdü. Mehmanla danışmazdan əvvəl də bizimlə məsləhətləşsəydi, etiraz edərdik. Yenə də çağırıb və onun müalicəsi üçün dostlara müraciət edib, köməklik göstərə biləcəyini qeyd etmişdi. Mən Fərəc bəylə uzun müddətdir bərabər addımlayıram. Bilirəm ki, onun maliyyə durumu da elə böyük deyil ki, kiməsə nə isə təklif etsin. Elə Mehmana da kömək təklifi sadəcə “dostlara müraciət edərik, müalicə üçün yardım edərlər” şəklində olub”.

pia.az


Etiket: Fərəc Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Ən çox oxunanalar