Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Qənizadənin qardaşının şirkətləri aşkara çıxdı - Sənədlər

Deputatlığa namizəd Çingiz Qənizadənin çoxsaylı şirkətləri üzə çıxıb...

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb:

""Özünü buraxmış" və yenidən deputatlığa namizədliyini vermiş deputat Çingiz Qənizədənin 3 şirkətini qardaşı Feyruz Qənizadə Aşıralı oğlu idarə edir.

"ARAZ DİZAYN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ keçmiş paytaxt prokurorunun biznesində önəmli yer tutur. Reyestr məlumatında şirkətin dəqiq ünvan göstərilməsə də, 2006-cı ilin aprelində qeydiyyata alındığı, Binəqədi rayonunda hüquqi qeydiyyatda olduğu qeyd edilib. Şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.

"XƏZƏR TERMİNAL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də 2006-cı ilin aprelində qeydiyyatdan keçib, hüquqi ünvanı Səbail rayonu göstərilib. Bu şirkətin də fəaliyyəti inşaat biznesini əhatə edir.

"UNİVERSAL-TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2007-ci ilin mayından fəaliyyətdədir, Çingiz Qənizadənin Şəkidəki ata yurdunda - Şəki şəhəri Aydın Məmmədov 43 ünvanında hüquqi qeydiyyatdadır.

Bu şirkət 2010-cu ildən bəri çoxsaylı tenderlərin "qalibi" olub, sifarişlər əldə edib. Qənizadə bu şirkət üzərindən müxtəlif dövlət qurumları üçün tikintidən tutmuş dəftərxana, təsərrüfat malları, inventar və digər tələbatların təmin edilməsinə qədər "universal" xidmət həyata keçirib. Əsas sifarişçiləri Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətidir".(azfakt.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar