Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ qaziləri Çingiz Qənizadəni belə qarşıladılar - Fotolar

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə dünən Beyləqan rayonunun Qəhrəmanlı, İmamverdili və Qaralar kəndində seçiciləri ilə bir araya gəlib...

PİA.az xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə seçicilərə özünün parlamentdəki və beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə məlumat verib.

Regionların sosial-iqtisadi inkişafından söz açıb. Dövlət başçısı möhtərəm İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın apardığı islahatlardan danışıb və digər işləri qeyd edib.

Çingiz Qənizadə Qəhrəmanlı kəndində böyük nüfuz sahibi olan kənd müəlliməsinin yas mərasimində də iştirak edib. Ayrı-ayrı ziyalılar, gənclər, müəllimlərlə görüşüb və onlarla söhbət edib. Fərdi qaydada seçicilərini qəbul edib.

Daha sonra İmamverdili və Qaralar kəndində seçiciləri ilə görüşlərini davam etdirib.


Qarabağ qaziləri Çingiz Qənizadəni 10-dan çox maşının üzərində 3 rəngli bayrağımızla qarşılayıblar. Bu zaman onlar Çingiz Qənizadəni həm İmamverdili, həm də Qaralar kəndinə gedərkən müşaiyət ediblər.

Qarabağ qaziləri çıxışlarında bildiriblər ki, Çingiz Qənizadə həmişə onlara xüsusi diqqətlə yanaşıb. Onların hər hansı şikayət və problemi olduqda dərhal bu məsələlərə reaksiya verib. İmkanı daxilində həll edilməsi mümkün olan məsələləri həll edib.

Qarabağ qaziləri çıxışlarında “qəlbən bizimlə birgə olan Çingiz Qənizadəyə səs verəcəyik”,-deyə bildiriblər.

Kəndlərdəki görüşlər zamanı müəllimlər, gənclər,ziyalılar, qazilər çıxış edərək birmənalı olaraq Çingiz Qənizadədən razı olduqlarını dilə gətiriblər və növbəti seçkilərdə də ona səs verəcəklərini xüsusi qeyd ediblər. (Modern.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar