Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaydaları pozan 28 əməkdaşa xəbərdarlıq edilib”

“Azəriqaz” İB-də müşavirə...

Azəriqaz” İstehsalat Birliyində SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin və Birlik rəhbərliyinin iştirakı ilə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində 2019-cu ilin yekunlarına həsr edilmiş geniş müşavirə keçirilib.

Azəriqaz”dan verilən məlumata görə, Birliyin baş direktoru Ruslan Əliyev bildirib ki, 2019-cu il ərzində yeni işə qəbul edilən, iş yerini dəyişən və təcrübəyə göndərilən 442 nəfərə müvafiq təlimatlar verilib. 930 işçinin (402 ilkin, 528 təkrar olmaqla) təhlükəsizlik texnikası sahəsində biliyi yoxlanılıb: “Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiya Birliyin 16 tabeli təşkilatında yoxlama keçirib. Qaydaları və icra intizamını pozan ayrı-ayrı struktur bölmələrdə işləyən 28 əməkdaşa xəbərdarlıq kartları təqdim olunub. Eyni zamanda, yüksək peşəkarlıq və nümunəvi davranışlarına görə 5 nəfər işçiyə mükafat verilib. Birlik üzrə il ərzində 658 işçinin dövri tibbi müayinədən keçmələrinə şərait yaradılıb”.

O da qeyd edilib ki, tətbiq olunan İSO 9001, İSO 14001, OHSAS 18001, İSO 50001 və İSO 10002 üzrə beynəlxalq standartların təkmilləşdirilməsi və yoxlanılması məqsədilə daxili audit, Türk standartlaşdırma İnstitutunun mütəxəssisləri tərəfindən isə xarici audit keçirilib.

Sonda Baş direktor onu da əlavə edib ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində həyata keçirilmiş tədbirlər və maarifləndirmə işləri nəticəsində son illərdə istehsalatla birbaşa bağlı ölümlə nəticələnən bədbəxt hadisə baş verməyib.

Daha sonra SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov, “Azəriqaz” İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, “Azəriqaz” İB-nin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi şöbəsinin rəisi İlkin Behbudov mövzu ətrafında çıxışlar ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar