Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Təcili yardım maşını çağıranda gözləmə müddəti yoxdur və ödəniş edilmir" - Agentlik

İcbari tibbi sığorta təminatında gözləmə müddətinin şərtləri açıqlanıb...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva gözləmə müddətinin icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılı olaraq hər hansı bir tibbi xidmətin göstərilməsi üçün maksimal müddət olduğunu deyib.

O bildirib ki, ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir: "Planda stasionar tibbi xidmət 20 gün ərzində təqdim edilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Əgər belə hal yaransa müştərək maliyyəşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir".

S.Quliyeva qeyd edib ki, xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən ilə mütəmadi şəkildə təkmilləşdiriləcək: "Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq".

Agentlik rəsmisi vurğulayıb ki, əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir: "Xidmətlərin böyük hissəsi stasionar terapektik, cərrahiyyə və ambulator xidmətlərdir. Əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar