Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bilal Alarlı bütün mətbuatı və ictimaiyyəti aldatmağa çalışır" - Elman Nəsirov şairə cavab verdi

68 saylı Cəlilabad seçki dairəsindən deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülmüş Elman Nəsirov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bilal Alarlının ittihamlarına cavab verib

Məsələ ilə Demokrat.az-a danışan Elman Nəsirov Bilal Alarlının ictimiyyəti və mətbuatı aldatdığını söyləyib:

"Bilal Alarlı yalandan mətbuatı və ictimaiyyəti aldadaraq iddia edir ki, guya mən uçuq məktəbdə görüş keçirmişəm. Bu tamamilə yalandır. Mənim Alar kəndindəki görüşüm mədəniyyət evinin binasında olub. Bu görüşlə bağlı fotolar mətbuatda da yayılıb. Əksinə, Bilal Alarlının bir müəllim kimi o məktəbdə dərs deməyə mənəvi haqqı çatmır".

Deputat bildirib ki, Bilal Alarlı şər-böhtan danışdığına görə onu məktəblilərin yanına buraxmaq olmaz:

"Görün bu adam nə qədər saxtakardır ki, yalandan bütün mətbuatı və ictimaiyyəti aldatmağa çalışır. Bilal Alarlı kəndin adını özünə ləqəb götürüb. Onun buna haqqı çatmır. Bu adam təpədən dırnağa qədər saxtadır. Mənim haqqımda dediyi bu ittihamlara görə də özünü rüsvay etdi".

Xatırladaq ki, Bilal Alarlı deputat Elman Nəsirov haqqında bir sıra ittihamlar səsləndirib.

pia.az


Etiket: Elman Nəsirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar