Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10 milyon manatlıq sistem bu saata qədər işləmir, biabırçılıqdır!” - Ekspert

“10 milyon manatlıq sistem bu saata qədər işləmir”...

Qaynarinfo xəbər verir ki, bunu iqtisadcı-ekspert Qubad İbadoğlu bildirib. O, qeyd edib ki, il ərzində normal bir layihəni icra etməyi bacarmırlar:

“Kredit Zəmanət Fondu açıqlama yayıb ki, yanvarın 22-də “Elektron ipoteka və kredit zəmanət” sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu məlumatı dəqiqləşdirmək üçün təkrarən https://www.e-gov.az yazıb “Enter” düyməsini sıxıram. “Elektron hökumət” portalının əsas səhifəsində “Bütün xidmətlər” bölməsində İpoteka və Kredit Zəmanət Fondunun təqdim “Elektron ipoteka və kredit zəmanət” sisteminə daxil olmağa çalışıram. Yenə eyni məlumat çıxır ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə təqdim edilən “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi” xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcəkdir.

Utanmadan açıqlama yayıb, deyilənləri təkzib edirlər, amma 10 milyon manatlıq sistem bu saata qədər işləmir. Bu, hələ elektron idarəçilikdir, görün bu qurumda inzibatı idarəçilik nə vəziyyətdir. Biabırçılıdır! Ayda, ildə bir normal layihə tapırlar, onu da icra etməyi bacarmırlar”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar