Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mingəçevir camaatı yeniləşən Azərbaycanı ünvanlarında görmək istəyir" - Məhəmməd Ərsoy

47 saylı Mingəçevir seçki dairəsindən deptatlığa namizəd Məhəmməd Ərsoy (Zamanov) müsahibə verib...

PİA.az həmin müsahibəni təqdim edir:

- Dünən xəbər aldıq ki, əsas rəqibiniz olan Aydn Mirzəzadə sizdən seçki komissiyasına şikayət edib. Necə qarşılayırsınız bunu?

- İlk öncə onu qeyd edim ki, mənim əsas rəqibim Aydın Mirzəzadə deyil. Məsələn, bizim dairədə Rəşad Eyyubov, Səbuhi Abbasov, Ülvi Çələbiyev kimi namizədlər var ki, seçkilərə qatılmasaydım, onlardan birinin vəkili kimi çıxış edərdim. Hər üçü kifayət qədər layiqli namizəddir və vətənə, millətə xeyirli olacaqlarına əminəm.
Aydın Mirzəzadəyə gəlincə, bu adam mingəçevirliləri yetərincə yorub. Mən ilk dəfə seçkilərə 2005-ci ildə qatılmışam. İlk dəfə olaraq da həmin il Aydın Mirzəzadə ilə rəqib olmuşam. 2010 və 2015-ci illərdəki seçkilərdə namizəd olmadm. Amma bu dəfə yenidən Mingəçeviri təmsil etməkdə qərarlıyam.
2005-ci ildə olduğu kimi, yenə də AYdın Mirzəzadəni yenəcəyimə əminəm. Amm Aydın Mirzəzadə özünün əvvəlki "qələbəsinə" əmin olmadığından artıq indidən cığallıq etməyə başlayıb. Onun da barəmdə etdiyi şikayəti cığallıq kimi qiymətləndirirəm.

-Bu seçkilərin fərqli olacağı anons edilir. Yetərincə də yüksək tribunalardan. Siz nə gözləyirsiniz?

- Mən düşünürəm ki, aldğımız mesajlar ümidlərimizi alt-üst etməyəcək. Doğrudur, Belə bir qənaət var ki, bu dəfə də Aydın Mirzəzadə kimilərinin işinə yarayan seçkilər keçiriləcək. Elə olacaqmı? İnanmaq istəmirəm! Çünki mən bu dəfə Prezidentimin çağırışı ilə seçkilərə qatılmışam. 15 il aradan sonra yenidən ümidlərim yaranıb. Mənim kimi neçə-neçə Azərbaycanı sevən vətəndaşımız məhz Prezidentin çağırışı ilə seçkilərə qatılıb. Əkis olacaqsa, bu böyük təəssüfla müşaiyət olunacaq. Amma inamlıyıq və Aydın Mirzəzadə kimilər4inin dövranının başa çatdığına əminik.

- Seçicilərə xüsusi olaraq nəyi vəd edirsiniz?

- Mən Mingəçevir camaatına borcluyam. Bir dəfə seçilsəm də, camaatmın rəyinin rəsmiləşməsinə nail ola bilməmişəm. Amma bu dəfə həqiqətən də fərqli olacaq. Qalibiyyətimiz şübhəsiz olduğu kimi, bunu rəsmiləşdirə biləcəyimizə də şəkk etmirəm. Çünki arxamızda Prezidentinali sözünü və təminatını hiss edirik... Həm də Mingəçevir camaatı yeniləşən Azərbaycanı ünvanlarında görmək istəyir. Bunu isə kimsə mingəçevirlilərə çox görməz, kimsə bunu istəməz

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar