Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlıda sakinləri zorla deputatla görüşməyə aparırlar - Əhali etiraz edir...

Saatlıda bircə tanışı belə, olmayan Nahid Bağırov bu rayondan namizədliyini niyə verib?..

Bu sualı Saatlı sakinləri həm özlərinə verirlər, həm də 62 saylı Saatlı seçki dairəsindən öz namizədliyini irəli sürən Azərbaycan Turizm Asossasiyasının İdarə Heyətinin sədri Nahid Bağırova ünvanlayırlar.

MM deputatlığna sürpriz namizədlərdən olan Nahid Bağırovun Saatlıda seçki kampaniyası tam fiaskoya uğrayıb. Bir neçə gündür Saatlıda İcra Hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsi haqda PİA.az-a məlumatlar daxil olmaqdadır. Gələn məlumatlarda göstərilir ki, bütün kənd icra nümayəndələrinə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırova köməklik etmək və onun görüşünə seçiciləri adminstrativ yolla toplamaq tapşırığı verilib. Saatlı sakinlərinin iddialarına görə, bir sıra kəndlərin icra nümayəndələrinə bu tapşırıq birbaşa Saatlının icra başçısı Nazim İsmayıov tərəfindən verilib.

İcra nümayəndələri kənd sakinlərinə başçının adından hədə-qorxu gələrək tanımadıqları namizədlə görüşə çıxarmaq istəyirlər. Lakin icra nümayəndələrinin hətta polis adından etdiyi hədə-qorxulara baxmayaraq, dünənə kimi bir kənddə belə, seçicilərlə görüşü alındırmaq mümkün olmayıb.

PİA.az-a Saatlıdan daxil olan məlumatda bildirilir ki, rayonun Azadkənd, Camışlı, Qaralar, Qaracalar, Seyidlər, Kamallı kəndlərində görüşlə bağlı tələblər kəskin narazılıq və etirazla qarşılanıb. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayıov yuxarılara aldadaraq guya etirazçıların AXCP sədri Əli Kərimlinin qohumları olduğunu deyib və bununla da vəziyyətdən çıxmaq istəyib. Halbuki etirazçılardan yalnız Azadkənd sakinləri AXCP rəhbərinin qohumudur, yerdə qalan kəndlərin sakinlər sırf iqtidar tərəfində olanlardır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar