Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PA rəsmisindən deputatlığa namizədlərə xəbərdarlıq - Qaydalar dəyişib

Prezident Administrasiyasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) indiyədək deputat olan namizədləri ilə fərdi söhbətlər aparılıb və onlara yeni situasiya izah olunub...

PİA.az xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya məlumatlı mənbə xəbər verib.

Məlumatda bildirilir ki, yeni il ərəfəsində baş tutan qəbullarda YAP-ın deputat-namizədləri ilə Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev söhbət aparıb.

Prezidentin köməkçisi açıq şəkildə bildirib ki, heç kim keçmişdəki “ənənəvi qaydalara” ümid etməsin. Z.Nağdəliyev hakimiyyətin öz namizədlərinə lazımi dəstəyi verəcəyini, ancaq bununla yanaşı ölkədə həyata keçirilən islahat siyasətinə kölgə sala biləcək hallara yol verilməyəcəyini də vurğulayıb, xəbərdarlıq edib ki, namizədlər real seçki kampaniyası aparmaqla, seçicilərini səsverməyə cəlb etsinlər”, – mənbə xəbər verir.

Prezidentin köməkçisinin belə xəbərdarlığı hakimiyyətin qeyri-rəsmi dəstəklədiyi namizədlərə də çatdırdığı bildirilir.

Hakimiyyətin namizədlərə fərdi qaydada elan olunan bu mövqeyi isə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərdə ciddi sürprizlərin ola biləcəyini gözləməyə əsas verir.

Belə görünür ki, Azərbaycan iqtidarı bütün beynəlxalq diqqətin üzərində olduğu bir vaxtda, öz namizədlərinə, əvvəllər olduğu kimi, hansı yolla olursa-olsun mandat vermək fikrində deyil.

Bu isə dairələrdə əhali ilə ciddi iş apararaq, seçkini udan namizədin qələbəsinin tanınacağını söyləməyə əsas verir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar