Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı “Şərq Tərəfdaşlığı”nın əsas elementi elan edilib

Yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsindəki birgə siyasəti haqqında” qətnamə qəbul edilib...

PİA.az xəbər verir ki, sənədin 36-cı maddəsində Aİ-nin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində “Şərq Tərəfdaşlığı” ölkələrinin hamısının suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləmək və bu ölkələrin münaqişədən əziyyət çəkən vətəndaşlarına – qaçqın və məcburi köçkünlərə dəstəyi gücləndirmək üzrə öhdəlikləri təsdiq edilir.

Bir çox digər AP sənədlərindən fərqli olaraq, “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsindəki birgə siyasəti haqqında” qətnamə deklarativ yox, doktrinal xarakter daşıyır, başqa sözlə, o, Aİ-nin icra strukturlarını Birliyin xarici siyasətinin hazırlanması və həyata keçirilməsində tənzimləyici müddəaları nəzərə almağı tələb edir.

Qeyd edək ki, həmişə AP-nin Xarici İşlər Komitəsinin sədri tərəfindən hazırlanan qətnamə hər il qəbul edilir. Orada il ərzində görülən işlərin təhlili, eləcə də Aİ-nin gələn il üçün əsas prioritetləri və perspektivləri əksini tapır.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar