Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq ABŞ-İran gərginliklərinə əsas səhnədir

Birləşmiş Ştatlar İraq hökumətinin qoşunların çıxarılması haqda müraciətini rədd edib və buna cavab olaraq mümkün sanksiyalarla hədələyib...

ABŞ dövlət katibi Mayk Pompeo Amerika hərbçilərinin yerli qüvvələrə təlim keçmək və İslam Dövləti militantlarına qarşı mübarizə aparmaq üçün orada olduğunu bildirib.

Bəzi siyasi şərhçilər Tramp Administrasiyasının təhdidlərini sadəcə ritorika kimi rədd ediblər, lakin mümkün sanksiyaların hazırlandığı haqda məlumat verilib. Təhlilçilər İraqa qarşı sanksiyaların son bir neçə ildə kiçik də olsa, iqtisadi inkişafa son qoya biləcəyini bildirir. Sanksiyalar həmçinin İraqı ABŞ-ın İran kimi rəqibləri ilə daha da yaxınlaşmaq məcburiyyəti qarşısında bilər.

ABŞ hərbi qüvvələri İraqın qərbindəki hərbi bazasını dağıntılardan təmizlədikdən sonra çoxlarını İraq hökuməti ilə ABŞ hərbçiləri arasında Bağdadda İranın yüksək səviyyəli komandiri Qasım Süleymaninin öldürülməsindən sonra gərginliyin nə ilə nəticələnəcəyini düşünür. Əsasən etibarilə şiə millət vəkilləri bu yaxınlarda ABŞ qüvvələrinin ölkədən çıxarılmasına üçün səs veriblər və hazırda iraqlı etirazçılar ABŞ-la İran arasında qalmaqdan yorulduqlarını bildirərək eyni tələblə çıxış edib.

Vaşinqtonda yerləşən Atlantika Şurasının İraq təşəbbüsünə rəhbərlik edən Abbas Kadhim həm ABŞ-ın Süleymanini öldürməsi, həm də İranın qisasını İraq torpağında olmasının İraqın suverenliyini zəiflətdiyini bildirib.

"İraq hökuməti ABŞ qoşunlarını çıxarmaqda maraqlı deyil. Bu, daha çox İraq hökumətinə İranın özündən, İraq daxilində İranın dostları, əsasən də İraq təhlükəsizlik qüvvələrinin ali baş komandanının əmrlərini yerinə yetirməyən silahlı qruplaşmalardan gələn təzyiqlərdir. Baş nazir Adil Əbdül-Mehdi ABŞ qoşunlarının İraqı tərk etməyəcəyi halda İran tərəfindən bombardman və ya İraq daxilindəki silahlı qruplar tərəfindən hər hansı bombalanma təhlükəsinin yaranacağından qorxur" - deyə, Abbas Kadhim qeyd edib.

Həm Kadhim, həm də iordaniyalı təhlilçi Usama Əl-Şərif ABŞ-ın da İraqı tərk etmək istəmədiyi üçün vəziyyətin o qədər də asan olmadığını vurğulayıb. Ancaq bunun bir ildən sonra baş verə biləcəyini bildiriblər.

"Şübhəsiz ki, ABŞ İraqı İran üçün asan bir yem olaraq buraxmaq istəmir. Bölgədəki bütün geosiyasi tarazlıq pozular. Səudiyyəlilər və digər Körfəz ölkələri Birləşmiş Ştatlara müttəfiq kimi etibar edə bilməyəcəyi təqdirdə seçim imkanları axtara bilər. Çin, Rusiya haqda söhbət gedir. ABŞ tərk etmək məcburiyyətində qalsa, böyük bir boşluq yaranır" - deyə, Əl-Şərif bildirib.

Kadhim münasibətlərin gərgin olduğuna dair xəbərdarlıq edir və hər iki ölkənin maraqlarını qorumaq üçün media vasitəsilə deyil, qapalı qapılar arxasında danışıqlar aparmasının daha yaxşı olacağını vurğulayıb.

"Əgər ABŞ İraqı tərk etsə və İraq sanksiyalar və iqtisadi problemlə qarşı-qarşıya qalsa, bu, hətta diplomatik münasibətlərin də pozulmasına gətirib çıxaracaq. Bu, hər iki ölkə üçün böyük itki olar" - deyə, o bildirib.

Qədim əlavə edib ki, hər iki tərəfə qalib gəlmədən və uduzmadan mövcud böhrandan çıxış strategiyasını düşünmək üçün vaxt lazımdır.(Amerikanın səsi)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Ən çox oxunanalar