Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahir Əzəmət MSK-ya şikayət etdi: "Ədalətli qərar gözləyirəm"

45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almaqdan imtina etdiyi tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmət (Rəhimov) Mərkəzi Seçki Komissiyasına şikayət edib...

Bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, lazımi sənədlər şikayətə əlavə olunub:

"Artıq MSK-ya şikayət etmişik. Lazımı sənədlər hazırlanıb, komissiyanın qərarını gözləyirik. İnanıram ki, MSK öz reputasiyasını qorumaq üçün qısa müddətdə ədalətli qərar qəbul edəcək. Çünki iki gün sonra artıq qeydə alınmış namizədlər rəsmi təbliğat-təşviqat mərhələsinə başlayacaq. Biz isə yaradılmış bu cür süni əngəllər üzündən prosesdən kənarda qalırıq".

Xatırladaq ki, ötən gün Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin namizədliyini qeydə almaqdan imtina etmişdi. Belə ki, namizəd respublika üzrə adına hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində Əmlak Komitəsindən rəsmi arayış alaraq, DSK-ya verdiyi məlumatları onun əsasında tərtib edib. Həmin rəsmi arayış da bildirişə əlavə olunub. Ötən gün isə məlum olub ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin cavabda Z.Əzəmətin ailə üzvü olaraq adının keçdiyi ümumi torpaq sahəsi naməlum səbəblərdən namizədə verilən rəsmi arayışda qeyd olunmayıb.

pia.az


Etiket: Zahir Əzəmət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar