Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Hörmüz boğazında ABŞ gəmilərinə məhdudiyyət qoya bilərmi?

ABŞ sanksiyalarla İrandakı rejimi diz çökdürə bilərmi və sanksiyalara qarşı İran hansı addımlar ata bilər?..

 

Politoloq: “Hörmüz boğazını bağlayarsa, İran üçün mənfi fəsadlar qaçılmaz olar”.

ABŞ-İran arasında yaşanan siyasi-hərbi gərginlik ciddi şəkildə regionu təhdid edir və təhlükəsizlik problemlərinə yol açır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ prezidenti Donald Trampın İranı daha ağır cəza ilə cəzalandıracağı bəyanatının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Birləşmiş Ştatların prezidenti Donald Tramp çərşənbə günü ABŞ-ın İranın generalı Qasım Süleymaninin öldürülməsinə görə qisas alaraq, İraqın Amerika personalı olan iki bazasını raket atışinə tutmasından dərhal sonra İrana “əlavə cəza” tətbiq edəcəyini bildirib.

“Bu sanksiyalar İran davranışını dəyişdirməyənə qədər qalacaq” - deyə, Tramp Ağ Evdən etdiyi televiziya çıxışı zamanı bildirib.

Ağ Ev isə prezidentin açıqlaması ilə bağlı heç bir şərh verməyib. Maliyyə Nazirliyinin nümayəndəsi də əlavə sanksiyaların nəzərdən keçirilməsi barədə məlumatının olmadığını deyib.

Məlumdur ki, ABŞ on illərdir ki, İrana qarşı sanksiyalar tətbiq edir. Bu sanksiyalarla ABŞ-ın İrandakı rejimi diz çökdürməsi mümkün görünürmü və sanksiyalara qarşı İran hansı addımlar ata bilər? Misal üçün Hörmüz boğazında ABŞ gəmilərinə məhdudiyyət qoya bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “ABŞ-ın İrana növbəti ağır sərt iqtisadi sanksiyaları tətbiq etməsi və Suriyada İranyönümlü qüvvələrə hərbi zərbə endirməsi İranın növbəti hərbi addımlar atmasına gətirə bilər”.

Hörmüz boğazının bağlanmasının münaqişəyə ərəb ölkələrinin və İsrailin də qoşula bilməsinin demək olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, İrana qarşı beynəlxalq hərbi koalisiya qurula bilər. Ona görə də İranın bu addımı körfəzdə dağıdıcı müharibənin başlanğıcı deməkdir:

ABŞ-İran arasında yaşanan siyasi-hərbi gərginlik ciddi şəkildə regionu təhdid edir və təhlükəsizlik problemlərinə yol açır. Məhz İranın Qüds briqadasının komandanı Qasim Süleymanin öldürülməsi ikitərəfli gərginliyin pik nöqtəsi idi. İranın buna cavab olaraq İraqda ABŞ hərbi bazasına raket hücumu Vaşinqton tərəfindən ciddi cavab veriləcəyi gözlənilirdi. Amma, Vaşinqton bunu hərbi deyil, iqtisadi müstəvidə edəcək. Hər halda Tramp belə duyurdu.

ABŞ-ın İrana növbəti ağır sərt iqtisadi sanksiyaları tətbiq etməsi və Suriyada İranyönümlü qüvvələrə hərbi zərbə endirməsi İranın növbəti hərbi addımlar atmasına gətirə bilər. Amma, İran Hörmüz boğazını bağlayarsa, ya da hansısa ölkələrə məhdudiyyət qoyarsa, münaqişəyə ərəb ölkələri və İsraildə qoşula bilər. İrana qarşı beynəlxalq hərbi koalisiya qurula bilər.

Ona görə də İranın bu addımı körfəzdə dağıdıcı müharibənin başlanğıcı deməkdir. İranda bunu yaxşı bilir və Hörmüz boğazını bağlaması İran üçün mənfi fəsadları qaçılmaz edər.

Vəziyyət mürəkkəbliyini qoruyub saxlayır. Hər iki tərəf mümkün qədər bir-birlərinə zərbə endirməkdən yayınır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar