Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanhüseyn Kazımlı öz yerinə qızını gətirmək üçün prezidentə məktub yazıb

Deputat, Xanhüseyn Kazımlı Prezidentə məktub ünvanlayaraq qızının namizədliyini vermək üçün icazə istəyib...

Uzun illər boyu Milli Məclisdə deputat kürsüsünü məşğul edən Xanhüseyn Kazımlı bu seçkilərdə iştirak etmir. Lakin o, mandatdan imtina etmək fikrində də deyil. “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçmiş “Parlament seçkiləri 2020” səhifəsi yazır ki, Xanhüseyn Kazımlı mandatının qızı Əsli Kazımovaya “verilməsi” üçün prezident İlham Əliyevə məktub ünvanlayıb. Qeyd edilir ki, Xanhüseyn Kazımlı Prezidentə məktub ünvanlayaraq qızının namizədliyini vermək üçün icazə istəyir.

Xatırladaq ki, Xanhüseyn Kazımlı birinci, ikincı,üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvüdür. O, Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədridir. Hətta ilk dəfə namizədliyini Goranboy rayonundan irəli sürmüş, bu rayonun seçiciləri onu qovaraq KİV-ə etiraz məktubları ünvanlamışdılar.

Bir müddət əvvəl Milli Məclisdə anlamsız və dağınıq nitqinə görə Xanhüseyn Kazımlı sosial şəbəkədə qınaq və gülüş obyektinə çevrilmişdi.

Dünən dövrü mətbuatda yayılan məlumatda isə bildirilir ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Xanhüseyn Kazımlının qızı Əsli Kazımova sənədlərini DSK-ya dünən təqdim edib. Xəbəri 80 saylı İmişli-Beyləqan seçki dairəsindən DSK-da təsdiq edib.



pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar