Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail, Yunanıstan və Kipr yeni qaz boru xəttinin təməlini qoydu – Afinada

Yunanıstan, İsrail və Kipr yəhudi və ada dövlətin qazının Avropaya nəql edilməsi üçün 1900 kilometrlik boru kəmərinin əsasını təşkil edəcək üçtərəfli müqavilə imzalayıb...

Strateq.az “Euronews”-a istinadla xəbər verir ki, üç ölkənin lideri Yunanıstanın paytaxtı Afinada Şərqi Aralıq dənizinin qısaltması olan “EastMed” adlı təbii qaz boru kəməri ilə əlaqədar razılaşma üçün bir araya gəlib.

Mərasimdə İsrail baş naziri Binyamin Netanyahu, Kipr prezident Nikos Anastasiades və Yunanıstan baş naziri Kiriakos Midzotakis iştirak ediblər.

İtaliyanın baş naziri Cuzeppe Konte müqaviləni daha sonra imzalayacağını söyləyib.

Yunanıstan enerji naziri Kostis Hatzidakis boru xətti razılaşmasının Türkiyəyə mesaj göndərmək deyil, enerji sektorunda regional səviyyədə əməkdaşlığı genişləndirmə məqsədli olduğunu bildirib.

Kipr, Yunanıstan və İsrail arasındakı üç tərəfli müqavilə Rusiya qazına alternativ sayılır.

AvropaABŞ-dan olan bəzi səlahiyyətlilər razılaşmanı dəstəkləyən açıqlamalar veriblər.

Bu arada, üç ölkənin razılaşması Türkiyə ilə Liviya arasında imzalanan iki sazişdən sonra imzalanıb.

Misirlə yanaşı, hər üç ölkənin rəhbərliyi Ankara və Tripolinin Şərqi Aralıq dənizindəki razılaşmalarına qarşı çıxır.

Bu yaxınlarda üç ölkə liderlərinin danışıqları güclənib.

Afinadakı görüş 3 liderin 7-ci təmasıdır.

pia.az


Etiket: saziş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar