Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni imtahan modeli ilə nələr dəyişə bilər? - Təhsil eksperti açıqladı

Tez-tez imtahan modelinin dəyişməsi abituriyentlər üçün ziyanlı deyil ki?..

Təhsil eksperti: “Düşünürəm ki, ölkəmiz tezliklə Türkiyə və Avropanın bir sıra ölkəsində olduğu kimi 2-3 fəndən imtahan götürülməsi prosesinə başlamalıdır”.

“Ali məktəblərə qəbul imtahanları Azərbaycan dili, riyaziyyat, məntiq, informatika və ingilis dili fənləri üzrə götürülsün. Bu fənlərdən Azərbaycan dili, ingilis dili və riyaziyyat buraxılış imtahanlarına, məntiq, informatika və riyaziyyat isə blok imtahanlarına salınmalıdır. Biz bu addımla həm də repetitorluğun qarşısını da qismən ala bilərik”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Azərbaycanda tətbiq ediləcək yeni imtahan modelini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda yeni imtahan modeli müzakirə edilir. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqların ölçülməsi olduqca vacibdir.

Ceyhun Bayramov həmçinin bildirib ki, imtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlərdən bəhs edib. Onun sözlərinə görə, qiymətlər o qədər də yüksək deyil. Hər bir məzunun qəbul imtahanlarında ödənişsiz əsaslarla iştirak edə bilməsi üçün bir şansı var.

DİM rəhbəri qeyd edib ki, yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin onları qane etmədiyini söyləyirlər. Belə olan halda isə imtahan qiymətlərini aşağı salmaq mümkün deyil.

Məlumdur ki, son illər qəbul imtahanları ilə bağlı bir çox dəyişikliklər edildi. Tez-tez imtahan modelinin dəyişməsi abituriyentlər üçün ziyanlı deyil ki? Ümumiyyətlə bəhs edilən yeni imtahan modelinin effektli olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “İmtahanların modelində olan hər bir dəyişiklik və təbii ki, tez-tez baş verən dəyişiklik abituriyentlər, valideynlər, ümumiyyətlə isə cəmiyyət üçün çətin, anlaşılması vaxt tələb edən prosesdir”.

Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelləri üzərində işçi qrupları ilə çalışdığını vurğulayan təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik yenilikçi xarakterlidirsə, bu əlbəttə effektli olur:

“Hər bir sahədə olduğu kimi təhsil sahəsində də tərəqqi lazımdır. Yeni dünya ilə ayaqlaşmaq, yenilikləri tətbiq etmək mütərəqqi və atılması vacib olan addımlardır.

Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelləri üzərində işçi qrupları çalışır. Burada daha çox məntiqi və riyazi təfəkkürə yer ayrılan imtahan modelləri müzakirə mövzusudur. Düşünürəm ki, ölkəmiz tezliklə Türkiyə və Avropanın bir sıra ölkəsində olduğu kimi 2-3 fəndən imtahan götürülməsi prosesinə başlamalıdır.

Mən ötən il də bildirmişdim və hər dəfə də altını cızaraq vurğulayıram ki, ali məktəblərə qəbul imtahanları Azərbaycan dili, riyaziyyat, məntiq, informatika və ingilis dili fənləri üzrə götürülsün. Bu fənlərdən Azərbaycan dili, ingilis dili və riyaziyyat buraxılış imtahanlarına, məntiq, informatika və riyaziyyat isə blok imtahanlarına salınmalıdır. Biz bu addımla həm də repetitorluğun qarşısını da qismən ala bilərik.

Elçin Əfəndi: “Yeni imtahan modeli yenilikçi xüsusiyyətə malikdir”.

Biz hal-hazırda qloballaşan planetin insanlarıyıq. Hər gün yeni-yeni kəşflər olunur, yeni informasiya texnologiyaları yaradılır, hər bir sahə üzrə məhz informasiya texnologiylarının sayəsində birmənalı olaraq intensiv inkişaf gedir. Bütün bunlarla ayaqlaşan gənclik yetişməli, o gənclik bizi elm sahəsində qabaqcıl yerlərə daşımalıdır.

Məhz bütün bunlar da qeyd etdiyim fənlərə söykənir. Orada təkcə Azərbaycan dili öz doğma dilimizdir deyə imtahan götürülməlidir. Qalanları isə bu günün ən vacib olan fənləridir.

Düşünürəm ki, yaxın gələcəkdə məhz bu fənlərdən imtahanlar götürüləcək.

İmtahanların modelində olan hər bir dəyişiklik və təbii ki, tez-tez baş verən dəyişiklik abituriyentlər, valideynlər, ümumiyyətlə isə cəmiyyət üçün çətin, anlaşılması vaxt tələb edən prosesdir. Burada abituriyentlər daha çox çətinlik çəkən tərəflərdir və bu çox vaxt onların adaptasiya dönəminədək ziyanına olur.

Amma hər bir dəyişiklik effektli ola və ya olmaya bilir. Bunu isə zaman təqdim edir. Lakin bu dəyişiklik yenilikçi xarakterlidirsə, bu əlbəttə effektli olur. Fikrimcə, yeni imtahan modeli də məhz yenilikçi xüsusiyyətə malikdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar