Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Şahbazlı Türkiyə televiziyasında Azərbaycandakı islahatlardan danışıb

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Türkiyənin AKİT Televiziyasının “Gece Ajansı” proqramının canlı yayımında qonaq olub...

Canlı yayımda Ulu Öndər Heydər Əliyev vəfatının 16-cı ildönümdə anılıb. F.Şahbazlı bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdır. O qeyd edib ki, Azərbaycanın bügünkü uğurlarının əsasını təşkil edən “Əsrin Müqaviləsi”nin imzalanması, müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu, ölüm hökmünün ləğvi, mətbuat üzərində senzuranın götürülməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Fərid Şahbazlı deyib ki, Heydər Əliyev bütün dünya azərbaycanlıları tərəfindən böyük hörmət və minnətdarlıqla anılır.

Televiziyada Azərbaycanda baş verən son hadisələrdən söz açan Fərid Şahbazlı deyib ki, ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı islahatlar siyasəti həyata keçirilir. Gənc, bacarıqlı, xaricdə təhsil almış gənclər dövlət idarəçiliyində önə çəkilir. Gənc fəal qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət idarəetməsində gənc kadrların dinamizmi ilə orta yaşlı məmurların təcrübəsinin vəhdəti tətbiq edilməkdədir.

Azərbaycan Milli Məclisi ölkədə gedən islahatlara adekvat olaraq buraxılıb və 9 fevralda yeni parlament seçkiləri keçiriləcək: “Cənab Prezident son çıxışlarının birində gəncləri seçkilərdə fəal iştiraka dəvət etdi. Bu islahatları Azərbaycanda inkişafın yeni mərhələsinin başlanğıcı hesab etmək olar”.

Azərbaycanlı fəal gənc aparıcının ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıması ilə bağlı qərarını da şərh edib. Fərid Şahbazlı deyib ki, bu qərar Türkiyəyə qarşı ikilistandartların nümunəsidir: “Türkiyə Prezidenti dəfələrlə bəyan edib ki, biz arxivləri açmağa hazırıq. O zaman bəlli olacaq ki, soyqırım baş veribmi, ya yox. Ancaq ermənilər və onların havadarları onları bundan imtina etdilər. ABŞ, Fransa və ya başqaları soyqırım axtarışındadırlarsa, Xocalı soyqırımını, orada yaşanan dəhşətləri xatırlasınlar və siyasi qiymət versinlər”.(Editor.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ən çox oxunanalar